Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nağıl qəhrəmanları ilə selfi imkanı

© AfışaBuzlar diyarı
Buzlar diyarı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan "Buzlar diyarı" tamaşasının premyera tarixi müəyyənləşib

BAKI, 13 iyul — Sputnik. "Buzlar diyarı" tamaşasının məşhur qəhrəmanları ilə selfi imkanı yaranacaq. "Yuğ" Dövlət Teatrının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan "Buzlar diyarı" tamaşasının premyera tarixi müəyyənləşib.

Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa oktyabr ayının 22-sində Akademik Opera və Balet Teatrının binasında Azərbaycan tamaşaçılarına təqdim olunacaq. Azərbaycan və rus dillərində nümayiş olunacaq tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və "ASAN xidmət" mərkəzlərində satışdadır.

Biletləri yayda alanlara Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarla selfi hədiyyə olunacaq.

Xəbər lenti
0