07:15 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
1801

Festivalda iştirak edən Moskva meryasının rəsmiləri, Dövlət Dumasının deputatları və digər rəsmi şəxslər təqdim edilən Azərbaycan mətbəxinin nümunələri ilə tanış olublar

BAKI, 11 iyul — Sputnik. Moskvada Milli Mətbəxt Festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi təmsil edib. Bu barədə Sputnik-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxləri nümayiş olunub. ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan festival iştirakçıları və qonaqlara milli mətbəximiz haqqında ətraflı məlumat verib.

  • Azərbaycan Moskvada keçirilən Milli Mətbəx Festivalında təmsil olunub
    Azərbaycan Moskvada keçirilən Milli Mətbəx Festivalında təmsil olunub
    © Photo : Diasporla İş üzrə Dövlət Komitəsi

1 / 5
© Photo : Diasporla İş üzrə Dövlət Komitəsi
Azərbaycan Moskvada keçirilən Milli Mətbəx Festivalında təmsil olunub

Festivalda iştirak edən Moskva meryasının rəsmiləri, Dövlət Dumasının deputatları və digər rəsmi şəxslər təqdim edilən Azərbaycan mətbəxinin nümunələri ilə tanış olublar.

Tədbirin sonunda Azərbaycanı festivalda təmsil edən ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiliyə şəhərin ictimai siyasi həyatında fəal iştirak etdiyi üçün və Azərbaycanın milli mətbəxini yüksək səviyyədə təqdim etdiyinə görə şəhər rəhbərliyi adından fəxri diplom və mükafata layiq görülüb.

Əlaqədar

Beynəlxalq dolma festivalı keçiriləcək
Uşaqlar üçün festival təşkil olunacaq
"İçərişəhər" paytaxt sakinlərini və turistləri festivala dəvət edir
Əməkdar artist Beynəlxalq festivalın Qala gecəsində çıxış edəcək
Kann festivalının jüriləri kinosevərləri məyus etdilər
Azərbaycan filmləri Kann Festivalında
Teqlər:
Toğrul Allahverdili, ASGA, Azərbaycan Slavyan Gənclər Assosiasiyası, Milli Mətbəxt Festivalı, festival, Moskva

Əsas mövzular