16:44 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Teatr pərdəsi. Arxiv şəkli

Molla artistlər

© Photo : PUBLIC DOMAIN
MƏDƏNİYYƏT
Qısa URL
49430

Rəsmdə və ədəbiyyatda belə hallar mümkündür. Amma teatr və kinoda olduqca absurd göründüyü üçün, mömin aktyorların, aktrisaların, rejissorların misal çəkdiyim ikiüzlü mollalardan bir fərqi qalmır.

BAKI, 7 iyul — Sputnik. Bir para sənət adamları var, dillərindən din-iman düşməz. Müsahibələrində, çıxışlarında, hətta sosial şəbəkələrdə yazdıqları kiçik yazılarda belə, dindən, ibadətdən danışarlar. Belələri məni də tez-tez hədəf alır, ünvanıma olmazın təhqirlər yağdırırlar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
© Wikipedia / Creative commons

"Turşumuş çaxır qoxusu da bundan yaxşıdır" və "Erotika və porno — sənət, yoxsa əxlaqsızlıq?" sərlövhəli yazılarımdan sonra molla xislətli sənət adamlarımız öz iman pərdəsinə bürünüb, əxlaq normalarından, dinin tələblərindən dəm vurdular. Hansı ki, bu adamlara onların düşüncə tərzi ilə yanaşsaq, əxlaqsızın yekəsidirlər. Yox, təhqir etmirəm. Əsla! Mərhum primadonnamız demiş: "sübutlarım var!"

Bəli, xanımlar və cənablar, bu paradoksdan ortaya bir sıra suallar çıxır. Birincisi, ibadət əhlinin, qatı inanclı birinin incəsənət sahəsində nə iti azıb? Bir şey ki, onun inancına görə bu sənət günahdır. Axı qatı dini inancı olan, gündəlik ibadət şərtlərinə əməl edən bir aktrisa niyə başı açıq gəzir, səhnədə kişi tərəf müqabilləri ilə əl-ələ tutur, hətta yüzlərlə, minlərlə insan onun saçını, sinəsini görür. Sonra da bu aktrisa başqalarına din-imandan dərs keçməyə çalışır. Eləcə də aktyorlarımız, rejissorlarımız…

Bir gənc aktyor-rejissor var. Tələbə vaxtlarda yaxın ünsiyyətimiz olub. O günlərdə gördüm ki, yuxarıda adını çəkdiyim yazılarıma görə sosial şəbəkədə məni pozğun, əxlaqsız elan edib. Bilməmişəm, bu molla xislətli gənc aktyorumuzun dininə zidd hərəkətlər etmişəm, imanına uyğun gəlməyən fikirlər yürütmüşəm.

Burası o qədər də mühüm deyil. Lap da ki, əcəb eləmişəm. Mühüm olan bilirsiz nədir? Bu adam öz düşüncəsinə zidd hərəkətlər edir, amma məni qınayır. Kimə lazımdır bu ikiüzlülük? Axı kütlə bilməsə də, mən yaxşı bilirəm "sən nə yuvanın quşusan!" Kimin üçün oynayırsan? Xalq üçün oynamağın, tipik sürü psixologiyasından özünə xal qazanmağın bəs etmirmiş kimi, mənim üçün özünü mömin göstərməyə çalışırsan? 

Bir-iki aktrisamız da var, hər dəfə müsahibə verəndə dönə-dönə vurğulayırlar ki, "erotik səhnələrə çəkilmərəm, açıq-saçıq rollar oynamaram, mentalitetə ziddir, dinimiz icazə vermir" və s. Belələrinin əlindən-dilindən arıqlayıb ipə-sapa dönmüşük. O qədər ətimizi töküblər ki, bir dəri qalmışıq, bir sümük.

Məgər sən Monika Belluççisən, Ancelino Colisən, Cennifer Enistonsan? Axı sən nə qədər böyüksən ki, kimlər üçünsə şərt qoyursan? Oynamazsan, xaricdən gətirib çəkərlər, haqqını da artıqlamasıyla verərlər. Sən get, hicabını bağla, ibadətinlə məşğul ol da. Ümumiyyətlə, səhnədə nə gəzirsən? Bəlkə bilmirsən ki, sənin dinində məşğul olduğun sənət günah sayılır?!

Dinin sənətə, xüsusən də səhnə sənətlərinə gətirilməsi həm absurddur, həm də çirkin görünür. Məsələn, musiqi sənətində Alim Qasımovun azan oxuması, Elnarə Abdullayevanın mərsiyə oxuması qədər ikinci böyük xəcalət nə ola bilər? Alim Qasımovu yenə bağışlamaq olar, neyləsin, muğam oxuya bilməyəndə azan verir. Bəs Elnarə Abdullayeva kimi qüsursuz və misilsiz səs sahibinə nə olub?

Əfsus ki, musiqidəki bu paradoks, bu absurd və çirkin mənzərə teatra, kinoya da sirayət edib. Rəsmdə və ədəbiyyatda belə hallar mümkündür. Amma teatr və kinoda olduqca absurd göründüyü üçün, mömin aktyorların, aktrisaların, rejissorların misal çəkdiyim ikiüzlü mollalardan bir fərqi qalmır.

Elə son zaman bu mövzu gündəmə gələndə yadıma tipik mollalar düşdü. Hansı ki, belə mollalardan bütün müsəlman ölkələrində var. Onlar yasini pulla satıb o pula içki aldıqları kimi, bizim bu sənət adamları da özlərini pulla satıb o pulla Məkkəyə gedirlər. Adam məətəl qalır. Bilmirsən, bunlar Allaha kələk gəlir, ya bəndəyə?! Çevrilib olurlar molla artistlər…

Əlaqədar

Şəhrizadın erotik nağılları
Məmur əyləndirən təlxəklər
Seks-simvol olmaq istədilər, amma...
Serial düşüklüyü
Teqlər:
rəsm, aktrisa, sənət, mədəniyyət, teatr, kino, film, aktyor

Əsas mövzular