17:24 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
5501

"Sufi arzuları" musiqili kompozisiyası əsasında tamaşa hazırlanıb. Səmavi eşqdən bəhs edən tamaşada YUĞ Teatrının aktyorları rol alıblar

BAKI, 4 iyul — Sputnik. 6 iyul saat 19.00-a YUĞ Dövlət Teatrında "Rindi-Şeyda" tamaşasının premyerası keçiriləcək. "Yuğ" teatrının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Mərcan Dədənin "Sufi arzuları" musiqili kompozisiyası əsasında hazırlanan tamaşanın ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.

Akademik Milli Dram Teatrında Müfəttiş tamaşasının premyerası
© Photo : Akademik Milli Dram Teatrı

Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada YUĞ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir. Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər. Tamaşanın rejissoru Gümrah Ömər bildirib ki, onlar ilk dəfə olaraq "Aşiqlik", "Eşq" mövzusuna müraciət ediblər və tamaşanın adından da göründüyü kimi, əbədi aşiq anlayışını "Psixosof" teatr poetikası vasitəsilə realizə etməyə çalışıblar.

Əlaqədar

"Ağ ölüm" Biləsuvarda
"Knyaz"ın son günü...
Elçinin "Qatil"ini siz də tanıyın
Hökmdarın səhvi dövlətin parçalanmasına səbəb oldu
Teqlər:
"Sufi arzuları", "Rindi-Şeyda", "Yuğ" Dövlət Teatrı, teatr, tamaşa

Əsas mövzular