08:19 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Əsrlərin harayı” dramı əsasında hazırlanan tamaşa nümayiş edilib

Hökmdarın səhvi dövlətin parçalanmasına səbəb oldu

© Sputnik / Rahim Zakiroglu
MƏDƏNİYYƏT
Qısa URL
10402

Lənkəran teatrının səhnəsində "Əsrlərin harayı" tamaşasının premyerası baş tutub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. İyunun 27-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində Əli Vəlioğlunun "Əsrlərin harayı" dramı əsasında hazırlanan tamaşanın premyerası olub. 

Sputnik-in bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı isə Rüfət Ramazanovdur.

  • Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Əsrlərin harayı” dramı əsasında hazırlanan tamaşa nümayiş edilib

1 / 6

B. Osmanovun bildirdiyinə görə, bu, Lənkəran teatrında onun quruluş verdiyi 4-cü tamaşadır: "Tamaşa tarixi dramdir. Əsər eramızdan əvvəlki dövrü əhatə edir, Manna və Midiya dövlətinin yaradıcısı Astiaq haqqındadır".

"Tamaşada müxtəlif xalqlar arasında çəkişmələr, saray intriqaları və qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması canlandırılır", — rejissor deyib.

Qeyd edək ki, əsərin məhz Lənkəran teatrının səhnəsində tamaşaya qoyulması təklifi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürülüb. Tamaşada əsas rollarda Lənkəran teatrının aparıcı aktyorları — əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Səyyad Əliyev, Şəbnəm Hüseynova və digərləri çıxış ediblər.

Əlaqədar

"Ağ ölüm" 6 rayonu dolaşacaq
"İnsanları məcburi şəkildə teatra aparmaq savabdır"
Teatrdan çaxır qoxusu gələrsə...
"Bu günün teatrı zamanın insanından çox geridə qalıb"
Dram Teatrında “Boy çiçəyi” nümayiş olundu
Azərbaycanda yeni teatr yaradıldı
Teqlər:
Bəhram Osmanov, Tərlan Sadıqov, "Əsrlərin harayı", Əli Vəlioğlu, Lənkəran Dövlət Dram Teatrı, teatr, tamaşa

Əsas mövzular