Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ailəsini başsız qoyub, xoşbəxtliyini başqa qadınlarda axtarır

© Sputnik / Hikmet OrhunQazax Dövlət Dram Teatrının səhnəsi
Qazax Dövlət Dram Teatrının səhnəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qazax Dövlət Dram Teatrında Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi səhnələşdirilir. Əsər əvvəllər dəfələrlə səhnələşdirilsə də, bu gün daha aktualdır.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Mingəçevir Dövlət Dram Teatrının rejissoru, xalq artisti Zülfüqar Abbasov Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə Qazax Dövlət Dram Teatrında XX əsr Azərbaycan dramaturgiyasının banisi Cəfər Cabbarlının 16 yaşında qələmə aldığı, teatr xadimləri və tənqidçiləri tərəfindən marağa səbəb olan "Solğun çiçəklər" pyesini səhnələşdirir. Məqsəd bölgədə yaşayan insanların teatra marağının artırılmasıdır. 

© Sputnik / HIKMET ORHUNZülfüqar Abbasov, Mingəçevir Dövlət Dram Teatrının rejissoru, xalq artisti
Zülfüqar Abbasov, Mingəçevir Dövlət Dram Teatrının rejissoru, xalq artisti  - Sputnik Azərbaycan
Zülfüqar Abbasov, Mingəçevir Dövlət Dram Teatrının rejissoru, xalq artisti

Hazırda məşqləri davam edən tamaşa barədə Sputnik-in bölgə müxbirinə rejissor özü məlumat verib. O deyib ki, yüz ildən çox yaşı olan pyes ədəbiyyatımızın və səhnəmizin klassikası hesab olunur. Əvvəllər də dəfələrlə səhnələşdirilsə də, bu gün daha aktualdır.

Şekspirin “Hamlet”i Azərbaycan səhnəsində - Sputnik Azərbaycan
VİDEO
Şekspirin “Hamlet”i Azərbaycan səhnəsində

"Görkəmli dramaturqun qələmə aldığı bu pyes bütün dövrlərin ən gözəl əsərlərindəndir, az qala hər rejissorun, hər teatrın repertuarında var. Günümüz üçün də aktualdır. Belə ki, ailəsini başsız qoyub, xoşbəxtliyini başqa qadınlarda axtaran, imkanlı, amma mənəviyyatca o qədər də bütöv olmayan qadınların qoltuğuna sığınan kişilərə bu gün də tez-tez təsadüf olunur. Ona görə də, pyesə yenidən müraciət etməyə ehtiyac hiss etdik", — deyib xalq artisti.

Qabaqcadan tamaşa haqqında geniş məlumat vermək istəməsə də, Z.Abbasov onu bildirib ki, pyes yeni səhnə həyatında yeni qəhrəmanla — Dərviş obrazıyla tamaşaçıların görüşünə gələcək: "Teatr haqqında bir fikir var ki, tamaşanın üç müəllifi olur: dramaturq, rejissor və teatr kollektivi, tamaşaçı. Həmmüəlliflərdən biri olaraq mən hazırladığım tamaşaları heç vaxt tam da müəllifin yazdığı kimi səhnələşdirmirəm; ya hansısa səhnəni dəyişirəm, ya əlavələr edirəm ki, ortaya orijinal bir iş çıxara bilim".

"Ona görə də, bu tamaşaya əlavə bir Dərviş obrazı daxil etmişəm. Ömər Xəyyamın ibrətamiz bir rübaisini deyən Dərviş Bəhrama dərs verir. Üstəlik, tamaşa əvvəldən axıra nökər Əbdülün dilindən nəql olunur", — rejissor əlavə edib.

Qeyd edək ki, hazırda tamaşanın hazırlıqları gedir, iyun ayının ikinci yarısında tamaşaçılara təqdim olunacağı gözlənir.

Xəbər lenti
0