Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Onları ayaq üstə alqışladılar

© Photo : Azərbaycan Dövlət Pantomima TeatrıAzərbaycan mimləri Gürcüstanda beynəlxalq festivalda iştirak edib
Azərbaycan mimləri Gürcüstanda beynəlxalq festivalda iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan mimləri Gürcüstanda "Son ştrix" tamaşasını nümayiş etdiriblər. Aktyorlarımız uğurlu çıxışları ilə hər kəsin alqışını qazana biliblər.

BAKI, 26 may — Sputnik. Azərbaycan mimləri Gürcüstanda beynəlxalq festivalda iştirak edib. "Son ştrix" tamaşası ilə çıxış edən Azərbaycan Dövlət Pantomima Teatrının (ADPT) aktyorları hər kəsin alqışını qazana biliblər.

"Tamaşa bitəndən sonra tamaşaçılar bizi ayaq üstə alqışladılar. Tamaşadan sonra bizə yaxınlaşıb uğurlu çıxışımıza görə təşəkkür edənlər çox oldu. Bu, hər birimizin uğurudur", — deyə, ADPT-nin direktoru, əməkdar artist Elman Rəfiyev Sputnikə bildirib.

Əməkdar artist, Yaponiya, İsrail, Polşa pantomima teatrları ilə ilk dəfə tanış olduqlarını da qeyd edib: "Yeni teatrlarla tanış olduq. Bu tanışlıq yeni layihələrin, səfərlərin, festivalların gələcəkdə həyata keçməsinə səbəb olacaq".

 

Xəbər lenti
0