06:24 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
4101

Sain Fərhad: "Bir neçə qısa metrajlı film çəkmişik. Hətta sonuncu çəkdiyimiz filmi beynəlxalq festivala göndərmək fikrindəyik. Sponsor tapılsa, daha güclü və tam metrajlı filmlər çəksək, daha böyük uğurlar əldə edə bilərik"

BAKI, 24 may — Sputnik. "Azərbaycanda seriallar və komediya janrı sürətlə inkişaf edir. Ən əsası çəkilişlər üçün sponsor tapmaq asan olur".

Bunu Sputnik-ə açıqlamasında aktyor Sain Fərhad deyib. Amma o, dramatik janrda çəkilən filmlərin vəziyyətinin ürəkaçan olmadığını qeyd edib: "Aktyor və rejissorlar günlərlə işləyib qısametrajli filmlər çəksələr də, zəhmətlərinin bəhrəsini görə bilmirlər. Bir neçə qısa metrajlı film çəkmişik. Hətta sonuncu çəkdiyimiz filmi beynəlxalq festivala göndərmək fikrindəyik".

"O ki qaldı qazanca, sevərək gördüyümüz işdir. Amma hələ maddi gəlir əldə edə bilməmişik. Sponsor tapılsa, daha güclü və tam metrajlı filmlər çəksək, daha böyük uğurlar əldə edə bilərik".

Əlaqədar

Azərbaycan filmləri Kann Festivalında
"Öz ailənə rəva bilmədiyin filmi başqasının ailəsinə seyr etdirməməlisən"
Azərbaycanlı gənclərin rekord qıran filmi qalmaqala səbəb oldu
"Azərbaycana gəlib, orada film çəkmək istərdim..."
"Qarabağa qayıdış" animasiya filmi çəkilib
Teqlər:
Sain Fərhad, komediya, sponsor, serial, film

Əsas mövzular