Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xeyriyyəçi milyonçu necə qatil oldu?

Abunə olmaq
Asya Pəri xanımla birgə Əbdülxalıqın evinə gəldikdə, Hüseynin boğazından vurulduğunu və yerdə cansız sərildiyini görürlər. Elə həmin gün Azərbaycan mədəniyyəti öz böyük fədaisini itirir.

(tarixi araşdırma — üçüncü yazı)

BAKI, 17 may — Sputnik.
1919-cu il mart ayının 4-ü axşam saatlarında bütün Qafqazın məşhur tragik artisti, Azərbaycanın professional aktyor-rejissor sənətinin banisi, peşəkar teatrın ilk baş rejissoru və aktyoru Hüseyn Xələfov Ərəblinski qətlə yetirilir. O, dayısı oğlu Əbdülxalıq tərəfindən boğazından güllələnərək öldürülür.

Hüseyn Ərəblinski-Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri. Arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
Yoxsul dənizçi oğlu necə parlaq şəxsiyyət oldu?

Birinciikinci yazılarda qeyd etdiyim kimi, Hüseyn Ərəblinskinin ölüm səbəbinə dair çoxlu iddialar var. Lakin Hüseyn Ərəblinski dövrünü və o böyük şəxsiyyətin həyatını araşdırdıqda bu iddiaların yalan olduğu açıq-aşkar görünür.

Mülk davası iddiası: Hüseyn Ərəblinskiyə onun atasından heç bir mülk qalmamışdı. Yoxsul dənizçidən övladına nə mülk qala bilərdi ki? Hələ atasının sağlığında əmiləri bütün mülkü onlardan almışdı və Hüseynin atası yalnız öz qazancı ilə ailəsini dolandırırdı.

Bığını qırxdığı və qadın rolu oynadığı üçün öldürülməsi iddiası: Hüseyn Ərəblinski 1907-ci ilə qədər bığını qırxmışdı və qadın rolları oynamışdı. Bu səbəblə dayısı oğlanları onun evini daşa basmış, özünü də bir neçə dəfə döymüşdülər. 1914-cü ildə Ərəblinskinin vərəmə yoluxması və Süxumda bir sanatoriyada müalicə almasından sonra qohumları ona heç bir təzyiq göstərməmişdilər.

© Photo : PUBLIC DOMAINHüseyn Ərəblinski
Hüseyn Ərəblinski - Sputnik Azərbaycan
Hüseyn Ərəblinski

Müğənni Tatyana ilə münasibətinə görə öldürülməsi iddiası: Manaf Süleymanov özünün "Eşitdiklərim, oxuduqlarım, gördüklərim…" kitabında yazır ki, Hüseyn Ərəblinski Tatyana Maslennikova adlı bir müğənni qadınla isti münasibətdə olmuşdur. Hüseynin dayısı oğlu da bu qadına aşiq imiş. Hər cəhətdən məntiqə sığmayan iddiadır. Bığını qırxdığı üçün Hüseyn Ərəblinskiyə nifrət edən adam kazinolarda mahnı oxuyub, gitar çalan rus qadınamı aşiq idi? Tutaq ki, dayısı oğlu bu qadına aşiq idi. Axı Hüseyn Ərəblinski heç vaxt heç bir qadınla münasibətdə olmamışdı. Hətta öz həyat yoldaşı Asya xanımı da sadəcə Əbdülrəhimbəy Haqverdiyevin vasitəsi ilə, anası Pəri xanıma ev işlərində kömək etsin deyə almışdı. Bunu Haqverdiyev öz xatirələrində açıq-aşkar yazır.

Niyə Hacı Zeynalabidin Tağıyevin bu qətlin sifarişçisi olduğu o dövrə aid heç bir mənbədə açıq-aşkar yazılmır? Axı Tağıyevin Ərəblinskiyə kəskin nifrət bəslədiyi, ona hər işində mane olduğu məlum idi. Bu barədə məlumatlar bu yazının sonunda göstərilən mənbələrdə var.

İkinci yazıda qeyd etdiyim kimi, general Ərəblinskinin qızı, 73 yaşlı messenatın gənc və gözəl arvadı Sona Ərəblinskayanın Hüseyn Xələfova olan sevgisi, aktyorun onun şərəfinə "Ərəblinski" təxəllüsünü götürməsi, Tağıyevi sözün əsl mənasında çilədən çıxarmışdı. Ətrafda gəzən söz-söhbətlərdən dolayı, Tağıyev çox insanı döydürmüş, həbsə atdırmışdı. Lütfəli bəy Behbudovu döydürməsi də bu çirkin hadisələrdən biri idi. Tağıyevin həmin dövrdə bütün Qarabağ ziyalılarını Bakıdan qovdurması da aşkardır.

© Photo : PUBLIC DOMAINH.Z.Tağıyev həyat yoldaşı Sona xanım və övladları ilə
H.Z.Tağıyev həyat yoldaşı Sona xanım və övladları ilə - Sputnik Azərbaycan
H.Z.Tağıyev həyat yoldaşı Sona xanım və övladları ilə

Nəzərinizə çatdırım ki, Hacı Zeynalabidin Tağıyev qazanc əldə etməyəcəyi heç bir işə öz istəyi ilə vəsait ayırmamışdır. Onu bütün mədəni-maarif işlərinə vəsait ayırmağa məcbur edən Sona Ərəblinskaya idi. Qızlar məktəbinin açılması, tələbələrin xaricdə təhsil alması, qəzetlərin nəşr olunması üçün Sona xanımın təkidi ilə Tağıyev vəsait ayırırdı. Digər bütün hallarda Tağıyevi yalnız gəlir gətirən sahələr maraqlandırırdı. Görünür ki, Hüseyn Ərəblisnkinin qətlini də Sona xanımı itirməkdən qorxduğu üçün gecikdirmişdi. Elə bir zaman və elə bir səbəb axtarırdı ki, heç kəs Tağıyevin sifarişçi olmasından şübhələnməsin. Əlbəttə, bunu öz dövründə bacarmışdı. Çünki pulhəris insan xisləti milyonçunu xeyriyyəçi, sənətkarı isə mütrüb kimi görürdü.

© Photo : PUBLIC DOMAINHüseyn Ərəblinsikinin dəfn mərasimi (1919-cu il) və Fəxri Xiyabandakı məzarı
Hüseyn Ərəblinsikinin dəfn mərasimi (1919-cu il) və Fəxri Xiyabandakı məzarı - Sputnik Azərbaycan
Hüseyn Ərəblinsikinin dəfn mərasimi (1919-cu il) və Fəxri Xiyabandakı məzarı

Bu səbəbdən də 1919-cu il, mart ayının 4-də Hüseyn Ərəblinski öz dayısı oğlu Əbdülxalıq tərəfindən barışıq üçün qonaq çağırılır. Ərəblinski xanımı Asya ilə birlikdə Əbdülxalıqın evinə gedir. Bu zaman Əbdülxalıq bibisi Pəri xanım üçün darıxdığını deyir və Asyadan xahiş edir ki, gedib Pəri xanımı da gətirsin. Asya Pəri xanımla birgə Əbdülxalıqın evinə gəldikdə, Hüseynin boğazından vurulduğunu və yerdə cansız sərildiyini görürlər. Elə həmin gün Azərbaycan mədəniyyəti öz böyük fədaisini itirir. Tağıyev isə öz çoxdankı arzusuna nail olur.

Hüseyn Ərəblinski-Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri. Arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
O, erməni senzorun üzünə tüpürdü

Əgər bu hadisələrin gerçəkliyinə şübhə edirsinizsə, Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərini oxumağınızı məsləhət görürəm. Lakin oxuyanda Oqtayın Hüseyn Ərəblinski, Firəngizin Sona Ərəblinskaya, Hacı Zamanın general Ərəblinski, Hacı Zeynalabidin Tağıyevin də Danyar bəy Qalaçıxanov olduğunu təsəvvür edin. O zaman nəhəng dramaturqun Hüseyn Ərəblinski ilə bağlı bütün həqiqətləri necə ustalıqla şifrələdiyini və bu günə ötürdüyünü görəcəksiz.

Bəs Ərəblinskini qətlə yetirən Əbdülxaliqin, ona bu sifarişi verən Tağıyevin və bu qətlin səbəbkarı Sona Ərəblinskayanın aqibəti necə olur? Tarix onlardan Hüseyn Ərəblinskinin intiqamını necə alır? Ərəblinskinin ölümü üzərində Müsavat hökümətinin və Sovet İttifaqının hansı siyasi oyunları vardı? Bütün bunlar növbəti yazıda…

Mənbələr:

Hüseynqulu Sarabski, "Ərəblinskinin tərcümeyi-halı", (1939).
Mirzağa Əliyev, "Xatirələrim", (1974).
"Gələcək" qəzeti, 1919, 14 mart buraxılışı, Əziz Şərifin və Əliqulu Qəmküsarın məqalələri.
Murad Muradovun əlyazmaları, Teatr Muzeyi.

Xəbər lenti
0