Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qocası cavanından çox yaşayan sənət

Abunə olmaq
O, kimsənin yadına düşmür, səhnələşdirilmir və öz müəllifi ilə birgə arxiv qovluqlarının arasında itib-batır. Bu gedişat bəzən ədibi ruhdan salır, həyatdan küsdürür, bəzənsə üsyana sürükləyir.

BAKI, 10 may — Sputnik. Əsər var — yazıçını yaşadır, yazıçı var — bütün milləti. Xüsusilə dramaturgiya sahəsi dövrün nəbzini tutaraq, günün mənzərəsini əks etdirir. Tək öz zamanı üçün deyil, həm də gələcək nəsillər üçün ağı qaradan ayırd etmək imkanı yaradır.

Lakin bəzən yazılan əsər, nəinki gələcək nəsillərə ötürülür, heç öz zəmanəsində belə, kimsənin yadına düşmür, səhnələşdirilmir və öz müəllifi ilə birgə arxiv qovluqlarının arasında itib-batır. Bu bəzən ədibi ruhdan salır, həyatdan küsdürür, bəzən də üsyana sürükləyir. Beləliklə, Sputnik əməkdaşı bu mövzu barədə ədəbiyyat sahəsinin nümayəndələrinin fikirlərini öyrənib.

© Photo : Rasim QaracaRasim Qaraca, yazar
Rasim Qaraca, yazar - Sputnik Azərbaycan
Rasim Qaraca, yazar

Yazıçı Rasim Qaraca: "Mən bu suala əlində hazır ssenarisi olan bir yazıçı kimi cavab vermək istəyirəm. Film ola biləcək əsərlərim var, ancaq tam bir laqeydliklə qarşı-qarşıyam. Çünki indiki mədəniyyət siyasətinə qarşıyam və hər zaman tənqidi fikirlərimi səslənirmişəm. Onlar mənim filmlərimi çəkməyəcək, mən də çəksinlər deyə onları tərifləyən deyiləm. Bizim "Alatoran" qrupunda yaxşı filmlər üçün ssenari ola biləcək əsərlər çoxdur. Amma hazırki rejissorların yerli müəlliflərə qarşı skeptik yanaşmaları var. Şəxsən mən dostum Əlisa Cabbarova özümün "11 gecə" kitabımı oxutdura bilməmişəm. Kitab min tirajla çap olunub və tükənib. Mövzu aktual Qarabağ mövzusudur. Əslində mən öz işimi görmüşəm, bundan artığına da səy etmək istəmirəm. Qoy başqaları da öz işini görsün, yaxşı əsərləri seçsin və çəksinlər".

Gənc yazar Qan Turalı (Tural Cəfərov): "Azərbaycan rejissorları əslində yerli yazıçılara maraq göstərirlər. Şəxsən mənə bir neçə təklif də olub. Son günlərdə bu haqda iki təklif də almışam. Lakin nədənsə bu, reallaşmır. Məncə, Mədəniyyət və Turizm Nazirliyi gənc yazıçılarla kommunikasiya yaratmalı, görüşlər keçirməli, teatr və kino sahəsinə gənclərin axınını təmin etməlidir. Bunun üçün müxtəlif müsabiqələr də keçirdilə bilər".

© Photo : İ.Rəsulun şəxsi arxivindənİlqar Rəsul, yazar
İlqar Rəsul, yazar  - Sputnik Azərbaycan
İlqar Rəsul, yazar

Publisist-yazar İlqar Rəsul: "Açığı, mən bilmirəm, rejissorlar niyə gənc yazarlara müraciət etmirlər. Hətta edib-etmədiklərini də bilmirəm. Bildiyim odur ki, rejissorlar öz içimizdə yaxşı yazar və əsər axtarırlar. Bunu öz təcrübəmdən deyirəm. Düzdür, mən gənc yazar deyiləm. Amma Azərbaycanın iki məşhur rejissoru mənə birlikdə işləmək haqda müraciət edib. Kinodan Ayaz Salayev, teatrdan Ramiz Həsənoğlu. Təəssüf ki, hazırki gənc yazarlar kitablarına və ambisiyalarına vurğundurlar. Amma əsərləri səhnə üçün çox zəifdir. Özünü təsdiqləmiş rejissor da bunu yaxşı görür. Qısa desək, Azərbaycanda yeni və orta nəsil yazarlar bir-birilərinin kitibanı ancaq qeybət eləmək üçün oxuyurlar. Onlar əcnəbi yazarları, dünya ədəbiyyatını oxuyurlarsa, hələ öz əsərlərində də bunu gözə soxub nümayiş etdirirlərsə, rejissorlar niyə onların əsərlərinə müraciət etməlidirlər ki?".

© © E.Cəfərovun şəxsi arxivindənElçin Cəfərov
Elçin Cəfərov - Sputnik Azərbaycan
Elçin Cəfərov

"Yuğ" Dövlət Teatrının ədəbi hissə müdiri, ADMİU-nun müəllimi, Teatrşünas Elçin Cəfərov: "Teatrlarımızın müasir dramaturgiyaya çox ehtiyacı var. Çox təəssüf, teatrlarımız gənc yazarlarla əməkdaşlıq etməyə o qədər də meylli deyil. Bu gün Azərbaycanda gənc, istedadlı qələm sahibləri az deyil. Sadəcə, onların teatrlarla əməkdaşlıq əlaqələrini qurmaq, müasir yazarların dramaturgiya ilə məşğul olmasını stimullaşdırmaq lazımdır. Yaxın günlərdə "Yuğ" Teatrında gənc dramaturqların pyeslərinin teatrallaşdırılmış oxunuşu ilə bağlı silsilə xarakterli layihə başlayacaq. Layihə də məhz bu məqsədə xidmət edir. Teatrlarla dramaturqlar arasında itirilmiş əlaqənin bərpa edilməsi Azərbaycan mədəbiyyətinə çox faydalı ola bilər".

Sumqayıt Dövlət Teatrının rejissoru Firudin Məhərrəmov: "Biz rejissorlar həmişə axtarışdayıq. Elə də tanınmayan yazarların əsərlərini biz hardan oxuya bilərik? Yazarlar öz əsərlərini teatrlara təqdim etməlidirlər və bu zaman rejissorlar oxuyub, şurada müzakirə edib keyfiyyətli və mənalı əsər olarsa, səhnələşdirilə bilər. Şuradan keçməyəndə yazara səbəbi mütləq deyilir. Odur ki, gənc yazarlar mütləq tetarlarla əlaqə qurmalıdırlar. Biz həmişə yeniliklərə açığıq".

Xəbər lenti
0