Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın opera sənətçiləri Qırğızıstana yollanırlar

Abunə olmaq
Qırğızıstanda xoreoqrafiya sənətinin əsasını qoyan görkəmli balet ustası, SSRİ Xalq artisti B.Beyşenaliyevanın 90 illik yubileyinə həsr olunan festival keçiriləcək. Festivalda Azərbaycan da nümayəndələr iştirak edəcəklər.

BAKI, 10 may — Sputnik. Mayın 15-dən 21-nə kimi olan müddətdə A.Maldıbayov adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında IV Beynəlxalq balet festivalı keçiriləcək. Bu barədə Sputnik-ə Azərbaycan Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, festival Qırğızıstanda xoreoqrafiya sənətinin əsasını qoyan görkəmli balet ustası, SSRİ Xalq artisti B.Beyşenaliyevanın 90 illik yubileyinə həsr olunur. Festivalda bir sıra ölkələrdən olan balet ustaları ilə yanaşı Azərbaycandan da nümayəndələr iştirak edəcəklər.

Respublikamızı bu festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solistləri — Azərbaycanın xalq artisti Gülağası Mirzəyev və əməkdar artist Nigar İbrahimova təmsil edəcəklər. Artistlər festival çərçivəsində baş tutacaq Qala konsertdə Q.Qarayevin "Yeddi gözəl" və A.Adanın "Jizel" baletindən səhnələrlə çıxış edəcəklər.

Xəbər lenti
0