00:18 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
1801

Akademik Milli Dram Teatrı Beynəlxalq Festivalda çıxış edib. "Yaşasın teatr, yaşasın sülh" devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur.

BAKI, 21 apr — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Bursa 5-ci Beynəlxalq Teatr Festivalında çıxış edib. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda kollektiv xalq yazıçısı Elçinin "Teleskop" pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediya ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.

Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla Əliqızı çıxış edib.

Qeyd edək ki, "Yaşasın teatr, yaşasın sülh" devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivalda iştirak edir.

Əlaqədar

Milli Dram Teatrda "Xəcalət"
Salyandan Təbrizə qədər yeganə teatr
Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
"Təki, o teatrların fəaliyyəti kağız üzərində qalmasın..."
Azərbaycanda yeni teatr yaradıldı
Fariz Əliyev: Teatra yeni yumor baxışı gətirmək istəyirik
Teqlər:
Akademik Milli Dram Teatrı, Beynəlxalq Teatr Festivalı, səhnə, teatr, rejissor, aktyor, tamaşa

Əsas mövzular