Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gün Ümumdünya Mədəniyyət Günüdür

© Sputnik. Севда БабаеваTarixi abidə
Tarixi abidə - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib

BAKI, 15 apr — Sputnik. 15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Sputnik xəbər verir ki, bu tarixin yaranması 1935-ci il aprelin 15-də Vaşinqtonda "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında" imzalanmış müqavilə ilə əlaqədardır.

Səhnə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Mədəniyyəti əsarətdən xilas etməli

Bu gün beynəlxalq hüquq təcrübəsində "Rerix paktı" kimi də tanınır. Qanun qəbul olunduqdan sonra dünyanın bir çox ölkəsində 15 aprel — Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.

Xatırladaq ki, 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb. Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

Xəbər lenti
0