Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Görkəmli aktyorun xatirəsi yad edildi

© © "Aşkarfilm" Şirkəti / "Fəryad" filmindən kadrCeyhun Mirzəyev "Fəryad" filmində
Ceyhun Mirzəyev Fəryad filmində - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycanfilm” kinostudiyasının kollektivi sənətkarın məzarını ziyarət edib.

BAKI, 12 apr — Sputnik. Bu gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kollektivi görkəmli aktyor və rejissor Ceyhun Mirzəyevin xatirəsini yad edib, məzarı üzərinə əklil qoyub.

"Report" xəbər verir ki, "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi, Ceyhun Mirzəyevin sənət dostları onun xatirəsini anıblar.

Qeyd edək ki, bu il Ceyhun Mirzəyevin 70 yaşı tamam olur. Mərhum sənətkar 1946-cı il aprelin 9-da Ağdam rayonunda anadan olub. Mərhum sənətkarın 48 illik ömrünün 35 ildən çoxu kino ilə bağlıdır. İlk rolu 11 yaşında “Görüş” filmində olub. On iki yaşında isə “Ögey ana”da İsmayıl roluna çəkilib. Ceyhun Mirzəyev kinostudiyada aktyor və rejissor kimi çalışıb, Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrin filmlərində rol alıb.

C.Mirzəyev “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, bu kinojurnal üçün yüzdən artıq süjet çəkib.

Görkəmli kino ustasının son filmi “Fəryad” olub. O, erməni vəhşiliklərini əks etdirən bu filmin həm rejissoru olub, həm də həmin ekran əsərində aktyor kimi çəkilib. Lakin filmin premyerasını görmək ona qismət olmayıb.

Ceyhun Mirzəyev 1994-cü ildə dünyasını dəyişib. 

Xəbər lenti
0