Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın "Müqəvva"sı Türkiyədə

© Photo : Firuz MustafaFiruz Mustafa, yazıçı-dramaturq
Firuz Mustafa, yazıçı-dramaturq - Sputnik Azərbaycan
Abunə olmaq
Firuz Mustafanın "Müqəvva" pyesi İstanbul şəhərində nümayiş olunacaq. Tamaşanın rejissoru və baş rolun ifaçısı Kəmalə Kamalqızıdır.

BAKI, 11 apr — Sputnik. Tanınmış yazıçı-dramaturq Firuz Mustafanın "Müqəvva" pyesi İstanbul şəhərində "Oda" teatrında nümayiş olunacaq. Müəllifin Sputnik-ə verdiyi məlumata görə, "Müqəvva"nı Türkiyədə Kəmalə Kamalqızı (Nəbibəyova) səhnələşdirəcək.

"Tamaşanın rejissoru və baş rolun ifaçısı Kəmalə Kamalqızıdır. Tamaşanın böyük marağa səbəb olacağını düşünürük", — F. Mustafa bildirib.

Xatırladaq ki, "Oda" teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer və Beste Hoşses kimi tanınmış sənətkarlar çalışır.

Xəbər lenti
0