Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

18+ filmin yaradıcıları hallarından məmnundurlar

© youtube"Pərdə" filmindən kadr
Pərdə filmindən kadr - Sputnik Azərbaycan
Abunə olmaq
Xəyanət, qınaq, yalanla dolu "Pərdə" filminin baş qəhrəmanları Sputnik-ə yaratdıqları obrazları anladıblar.

BAKI, 9 aprel-Sputnik. Azərbaycanda 18+ işarəsi altında çəkilən "Pərdə" filmi aprelin sonunda tamaşıçılara təqdim olunacaq. Film müasir dövrdə baş verən ailə münasibətlərini çılpaqlığı ilə nümayiş etdirir. Xəyanət, qınaq, yalanla pərdələnən filmin treyleri (trailer) tamaşaçıların marağına səbəb olub. Sputnik-in əməkdaşı filmin baş qəhrəmanları Könül Çəfərzadə və Tural Əhməd ilə film haqqında danışıb.

Könül Cəfərzadə 18+ filmə çəkilməsi barədə deyib: "Rejissor Emil məni dəvət edib ssenarini danışanda, süjet xətti elə yerindəcə mənə təsir elədi. Sonra ssenarini mənə verdilər. Ssenariri oxuyanda, o mənə həm psixoloji cəhətdən təsir elədi, həm də həvəsləndirdi.

Qəti qərara gəldim ki, mən bu rolu oynayacağam. Ən dəhşətlisi odur ki, bu filmdə baş verənlər Azərbaycan reallığıdır və o reallığı mən canlandırmaq istədim. O ki qaldı 18+ səhnələrinə, burda hadisələr o qədər insanı özünə cəlb edir ki, orda işlənən söyüşlər və ya təhqiredici sözlər bayağı görünmür. Bu filmdə olan 18+ səhnələri filmə baxış sayını artırmaq üçün edilməyib, sadəcə reallıqları çılpaqlığı ilə göstərmək üçündür."

"Hər bir aktyor və ya aktrisanın karyerasında onun adını həkk etdirdiyi bir obraz olur. Könül "Lalə" obrazı ilə yaddaşlarda bədbəxt bir qadın kimi qalmaqdan çəkinmir ki?" sualına cavabında aktrisa deyib: "Mən bir dəfə bunu yaşadım. Mənim üz cizgilərim əsl kənd qızı simasına uyğun gəldiyindən obrazlarımın çoxu məsum kənd qızı olurdu. Sonra dəvət aldığım filmlərdə rejissorlardan xaiş etdim ki, mənə məsum qız obrazı verməsin. Artıq bu çərçivədən çıxmağa başladım.

Düşünürəm ki, Lalə obrazı da mənə damğa olmayacaq. Əksinə, bu obraza hər kəs haqq qazandıra biləcək. Hətta bir də buna oxşar obraz olarsa, təklif gələrsə, yenə oynamağa hazıram. 18+ açıq-saçıq səhnələr olsaydı, o zaman mən çəkilməkdən qorxardım. Çünki, belə rollarla nə tamaşaçıların, nə də rejissorların yaddaşında qalmaq istəmərəm."

Filmin baş qəhrəmanlarından birini oynayan Tural Əhməd isə deyib ki, yaratdığı obrazın cəmiyyətdə etirazla qarşılanıb qarşılanmayacağı onu narahat etmir:

"Mən aktyoram və obrazı olduğu kimi oynamalıyam. Obrazda baş verən hadisələr məni aqressiv göstərir. Amma əslində mən yaxşı biriyəm. Filmdəki Zauru sadəcə qınaq, kənar düşüncələr aqressivləşdirir."

"Zaur" obrazının taleyinin öz şəxsi həyatında yaşayıb-yaşamadığı barədə suala isə aktyor cavab verib ki, o, bu taleni yaşamayıb və heç yaşamağı da arzulamır. Obrazı yaxşı oynamaq isə bir aktyor olaraq onun borcudur. "Pis oynasaydım roluma xəyanət etmiş olardım" — deyə Tural Əhməd bildirib.

Tamaşaçıların bu filmi necə qarşılayacaqları barədə proqnozlara gəlincə, Tural Əhməd deyib: "Hər bir tamaşaçının bir dünya görüşü var. Təbii ki, bəyənən də olacaq, bəyənməyən də. Amma treylerə baxıb bəyənənlər daha çoxdur. İnanıram ki, filmi də bəyənənlər çox olacaq."

Xəbər lenti
0