00:35 26 Sentyabr 2017
Canlı yayım
Tərlan Rəsulov, Yuğ teatrının direktoru

"Qərb idman növlərində fəlsəfə yoxdur"

MƏDƏNİYYƏT
Qısa URL
47 0 0

Tərlan Rəsulov: "Aktyorların idmanla məşğul olması lazımdır. Bu zaman koordinasiya düzəlir, səhnədə hərəkətin təbiiliyi təmin olunur. Digər tərəfdən, idman ruhu təmizləyir, artıq aqressiyanı götürür"

İdman özündə böyük bir mədəniyyəti ehtiva edir. Mədəniyyəti də bəzən idmandan kənar təsəvvür etmirlər. Yəni, bu iki sahə bir-birindən nə qədər uzaq olsa da, bir o qədər yaxındır. Sputnik-in əməkdaşı Yuğ Teatrının direktoru Tərlan Rəsulovla bu və digər mövzular ətrafında həmsöhbət olub.

- İdman və incəsənət: bu iki sahəni nə dərəcədə bir-birinə yaxın hesab edirsiniz?

— Əgər söhbət Şərq, xüsusilə yapon döyüş növlərindən gedirsə, sözsüz ki, böyük yaxınlıq var. Bu idman növlərinin özündə mədəniyyət var. Şərq idman növləri mədəniyyətin bir hissəsini özündə daşıyır.

- Bəziləri iddia edirlər ki, mədəniyyət işçilərinin, xüsusilə teatr aktyorlarının idmanla məşğul olması mütləqdir…

— Mütləq olmasa da, arzuolunandır. Bu zaman, öncəliklə koordinasiya düzəlir. Səhnədə hərəkətin təbiiliyinə xidmət edir. İkincisi, ruhu təmizləyir, artıq aqressiyanı götürür.

- Digər idman növləri buna aid edilə bilməz?

— Qərb idman növlərində dərin fəlsəfə yoxdur, onlar daha çox tətbiqi xarakter daşıyır. Şərqdə isə ruh ilk sırada gəlir.

- Məsələn bədii gimnastikada, su oyunlarında və digər idman növlərində incəsənət var, gözəllik və zövq var. Bunlar incəsənətə yaxın deyil?

— Əlbəttə, bu sadaladıqlarınız özü-özlüyündə incəsənətdir, mədəniyyətin bir hissəsidir.

- Aktyor hansı idman növü ilə məşğul olsa, daha məqsədəuyğundur?

— Əzələləri çox şişirtməyən, bədən plastikasına xələl gətirməyən istənilən növlə.

- O zaman özünüz niyə karateni seçdiniz?

— Mən onunla çoxdan məşğul olmuşam. Bir də ki, mən onu yox, o, məni seçib. Mən ümumiyyətlə yapon mədəniyyətini çox sevirəm. Ona görə də, o döyüş növlərinə çox rəğbətim var. Təbii, bunu seçəndə o qədər də anlamırdım. Sonradan məşqlər əsasında bunları ruhən anlamağa başladım.

Mədəniyyəti daha dərindən öyrəndikcə, artıq həmin idman növünə də münasibətim dəyişdi. Və son zamanlar da cui-citsuya vuruldum. 5 ildir, bu idman növü ilə məşğul oluram. Mədəniyyət işçilərini də idmanla məşğul olmağa səsləyirəm.

Əlaqədar

"Xalq artisti öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə..."
Azərbaycanlı aktyor böyrəyini satışa çıxardı
Tanınmış iki aktyor ölümdən döndü
"Təki, o teatrların fəaliyyəti kağız üzərində qalmasın..."
"Yuğ" teatrının binası sökülə bilər
Teqlər:
incəsənət, Tərlan Rəsulov, Yuğ Teatrı, idman, mədəniyyət

Əsas mövzular