23:52 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Akademik Milli Dram Teatri

Dram Teatrında “Boy çiçəyi” nümayiş olundu

sputnik.az
MƏDƏNİYYƏT
Qısa URL
1301

İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

BAKI, 29 fev – Sputnik. Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşası nümayiş olunub. 

Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artist Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov və başqaları ifa edir.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

Əsas mövzular