Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda şeir gecəsi keçiriləcək

© MəazMədəniyyət və Turizm Nazirliyi
Mədəniyyət və Turizm Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Xəzərdə Eşqin Səsi" adlı şeir gecəsində Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun və Yunus Emre İnstitutunun rəhbəri Şərəf Atəş də iştirak edəcək

BAKI, 10 fev — Sputnik. Fevralın 12-si, saat 19:00-da Nizami Kino Mərkəzində "Xəzərdə Eşqin Səsi" adlı şeir gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verdiyi məlumata görə, təbdir Nazirlik və Bakı Yunus Emre İnstitutu tərəfindən təşkil olunur.

Gecədə Nigar Həsənzadənin "Söz" layihəsi çərçivəsində, teatr sənətçiləri tərəfindən Türkiyə və Azərbaycan türkcələrində şeirlər səsləndiriləcək. Savalan Musiqi Qrupu da tədbirdə səhnə alacaq.

Proqramda Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun və Yunus Emre İnstitutunun rəhbəri prof. dr. Şərəf Atəş də iştirak edəcək.

Xəbər lenti
0