Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Xoxan", "Elvin və burunduklar" və başqaları. Şənbə gününün afişası

© sputnik.az/ Pəri AbbaslıGənc Tamaşaçılar Teatrı
Gənc Tamaşaçılar Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
"Oğlan evi", "Xoxan" filmləri, həmçinin "Gözəl Vasilisa", "On min dollarlıq kef" tamaşalarını bu həftə sonu qaçırmayın.

BAKI, 6 fev — Sputnik. Bu şənbə istirahətini səmərəli keçirmək istəyənlər üçün Bakı şəhərinin teatrlarında nümayiş olunacaq tamaşalar və kinoteatrlarında nümayiş olunacaq filmlərlə sizləri tanış edirik.

Gənc Tamaşaçılar teatrında bu gün "Romeo və Culiyetta" tamaşası nümayiş oluncaq.

Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, rəssam Tumanişvili adına Tbilisi Dövlət Teatrının baş rəssamı Şota Qlurdcidze, bəstəkar Firudin Allahverdiyevdir.

Baş rollarda xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Kubra Dadaşova, Nofəl Vəliyev, Vahid Əliyev, aktyorlar Kəmalə Hüseynova, Nicat Kazımov, Elnur Hüseynov, Qurban İsmaylov, Elşən Rüstəmov, Elnur Kərimov, Rasim Cəfərov və başqaları çəkiliblər. Tamaşaya bilet 8 manatdır.

Fevralın 6-da Rus Dram teatrının səhnəsində Yelena Çernyakın eyni adlı əsərinin əsasında uşaqlar üçün "Gözəl Vasilisa" tamaşasının səhnə quruluşu baş tutacaq. Tamaşaya bilet 5 manatdır.

Şənbə günü Azərbaycan Dövlət Musiqili Komediya Teatrı köhnə tamaşalardan  "On min dollarlıq kef"i yeni quruluşda təqdim edəcək. Tamaşanın qiyməti 6-10 manat olacaq.

Həftə sonu həmçinin Opera və Balet teatrının səhnəsində italyan bəstəkar Qaetano Donizettinin iki pərdəli "Sevgi içkisi" melodramatik operasının nümayişi olacaq.

Balacalar da həftə sonu sevinəcək. Gənc yazıçı və dramaturq Pərvin Nurəliyevanın əsərinin əsasında Azərbaycan xalq nağılı “Dəcəl keçi” tamaşası Gənc Tamaşaçılar Teatrında təqdim olunacaq.

Şənbə günü Pantomima teatrında “Biz nə tövr iş görürük” felyetonu əsasında hazırlanmış “Dulusçu” tamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadə, rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir.

Həftə sonu  kinoteatrlarda da maraqlı filmlər nümayiş olunacaq.

Şənbə günü “Xoxan” filminə ölkənin bütün kinoteatrlarında baxa bilərsiniz.

Günlərin bir günü varlı bir qadının qızının içinə cin girir. Bu bəladan qurtulmaq üçün hər yola əl atan qadın çarəni yaşadıqları villanı satmaqda görür. Lakin cin satışa mane olur. Satışla məşğul olan makler şəhərin iki məşhur fırıldaqçı falçısı Rəftar və Qəhrəmana100 000 pul təklif edir ki, onlar qızın içindən cini çıxarsınlar. Rəftar və Qəhrəman isə bu gözlənilməz təkliflə razılaşıb, cinin də adını Xoxan qoyurlar. Makler onları villaya gətirir və 7 gün möhlət verir. Xoxan elə ilk gecədən qorxub qaçmağa çalışan Rəftar və Qəhrəmanın başına oyun açır və çox gülməli hadisələr baş verir.

Filmin rejissoru Samir Kərimoğludur. Rollarda Elməddin Cəfərov, Fərda Amin, Şəhriyar Əbilov, Ələsgər Məmmədoğlu, Nigar İbrahimova, Aynur Hüseyn çəkiliblər.

Həftəsonu nümayiş etdiriləcək “Oğlan evi” də son dövrdə çəkilən ən gözəl komediyalardandır. Təsəvvür edin, min əziyyətlə aldığınız evi sizdən başqa da kiməsə satıblar. “Sovetski”də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Qəhramanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər. Bir sözlə baxmağa dəyər.

Kinoteatrlar balacaları da unutmayıb. Onlar üçün “Elvin və burunduklar 4” filmi nümayiş olunacaq.

Bir sıra anlaşılmazlıq nəticəsində Elvin, Saymon və Teodor belə nəticəyə gəlirlər ki, Deyv Nyu-Yorkda yeni rəfiqəsinə evlilik təklifi edib onları atacaq. Deyvə çatıb onu dayandırmağa  və bununla özlərini Deyvi itirməkdən və güman ki, yeni ögey qardaş qazanmaqdan xilas etmək üçün onların yalnız üç günü var.

“Kunq- fu Panda 3” da balacalar tərəfindən ən çox izlənən filmlər sırasındadır. Uzun müddətdən sonra atası ilə qovuşan Po pandalar üçün gizli cənnətə yollanır. Orada onu şən soydaşları ilə görüş gözləyir. Lakin tezliklə cani Kay Çində bütün kunq-fu ustalarını məhv etməyə başlayır. Po qeyri-mümkün iş görməlidir – şən, yöndəmsiz soydaşlarına döyüş sənətini öyrətməli və onlardan kunq-fu döyüşçüləri dəstəsi yaratmalıdır.

Xəbər lenti
0