01:38 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Cahangir Qurbanov, əməkdar artist, Opera və Balet Teatrının solisti

"Kütlə sevmir deyə, sənətimizi atıb gedəsi deyilik ki..."

© Sputnik / Tarana Khudabakhshiyeva
MƏDƏNİYYƏT
Qısa URL
30022

Cahangir Qurbanov: "Hamı toyxana müğənnilərini xoşlamaz. Yüksək səviyyəli insanlar var ki, onlar bizi dəvət edirlər, royal arxasında mikrofonsuz oxumağımızı çox sevirlər. Yəni hamı "nənəm vay, nənəm vay"a qulaq asmır axı"

BAKI, 5 fev — Sputnik. Azərbaycanın əməkdar artisti, Opera və Balet Teatrının solisti Cahangir Qurbanovun Sputnik-ə müsahibəsini təqdim edirik:

- Bu gün Azərbaycan insanının operaya münasibəti necədir?

— O qədər əziyyət çəkib, gücümüzü sərf etməliyik və opera sənətini yüksəklərə qaldırmalıyıq ki, insanlarda bu sənətə maraq yaransın və gəlsinlər. İndi kütlə kifayət qədər bu sənəti sevmir deyə, biz öz sevdiyimiz işi atıb gedə bilmərik axı. Mənim məsələn, bir neçə dostum, mən opera solisti olmayanda heç vaxt teatra gəlməyiblər. Mən tamaşalarda oynayanda mənə dəstək olmaq üçün dostlarım bir dəfə gəliblər operaya. Sonra özləri xaiş edirlər ki, tamaşalar olanda vaxtını onlara deyim. Opera elə sənətdir ki, Operanı sevmək üçün teatra gəlmək, tamaşaya baxmaq lazımdır.

- Azərbaycanda opera sənətinin inkişaf mərhələsi hansı yerdədir? Və siz bundan razısınız?

— Əgər bizim repertuarımızda axsaqlıq yoxdursa, demək ki, biz inkişaf edirik. Və bizdə teatda həm klassik, həm Azərbaycan operaları qoyuruq, demək biz axsamırıq. Amma bir balaca maddiyyat olsaydı, yeni tamaşalar yaratmaq olardı. Axı yeni tamaşalar üçün dekorasiya, geyimlərə pul lazımdır. Oynadığımız tamaşalar üçün hər şey var. Düzdür, biz yeni tamaşaları dekorasiya və geyim olmadığından, konsert kimi oynayırıq. Devalvasiya olduğundan yeni tamaşalar qoymaq çətindir. Opera teatrımızda həftədə ən azı 4 tamaşa səhnələşdirilir. Bizim truppada ruh düşkünlüyü yoxdur.

- Sovet dövrü operası ilə indiki dövr operasını müqayisə etsək, nə cür bir mənzərə meydana çıxar?

— Müəllimim həmişə deyirdi ki, o dövrdə opera rus dilində gedirdi. Baxmayaraq ki mən rusdilli oxuyanam, amma fikrimcə, SSRİ dövründə operanın rus dilində oxunması məcburiyyəti düzgün deyildi. Opera hansı dildə yazılıbsa, o dildə oxunması daha gözəldir. Karmen operası fransız dilindədirsə, onu rus dilində oxuyanda eyni effekti vermir. Bir fərq odur ki, artıq hər operanı öz yazıldığı dildə oxuya bilirik.

- Maraqlıdır, opera solisti bu gün nə qədər pul qazanır?

— Mənə yetəcək qədər qazanıram. Zatən hamı, hətta ayda 3000 manat maaş alan insan da, kənarda başqa kiçik bir bizneslə pul qazanır. Biz də hamı kimi. Korparativ tədbirlərə gedirik, xüsusi dəvətlər alırıq və beləliklə dolana bilirik. Hamı toyxana müğənnilərini xoşlamır ki… Yüksək səviyyəli insanlar var ki, onlar bizi dəvət edirlər. Royal arxasında mikrofonsuz oxumağımızı çox sevirlər. Hamı "nənəm vay, nənəm vay"a qulaq asmır axı.

- Bu devalvasiya vaxtı konsert keçirmək qərarına gəldiniz. Bəlkə bir az da bu haqda danışaq?

— İnanırsınız, biz konsert vermək fikrinə düşəndə devalvasiya olmamışdı. Sonradan oldu. Artıq biz işlərə başlamışdıq və yarı yolda dayanmaq istəmədik. Kimin gücü çatar gələr. 2015-ci ilin mart ayında cənab Prezident tərəfindən Əməkdar artist adına layiq görüldüm. Bu baxımdan, hazırda planlaşdırdığım konsert, sanki gələcəkdə olacaq hesabat konsertimə hazırlıq tipli bir konsert olacaq. Konsertimiz 14 fevral 19:00-da Opera və Balet Teatrında baş tutacaq. Hər kəsi dəvət edirəm.

- Biletləri dollarla satmaq fikriniz yoxdur, təsadüfən?

— Xeyr! Əlbəttə manatladır. Əksinə devalvasiyanı nzərə alıb biletlərin qiymətini aşağı saldıq. 15 manat ən aşağı qiymətdir. Birinci sıra isə 35 manatdır. Azərbaycanda olmayan bir hadisədir, çünki həmişə 1-ci sıraya biletin qiyməti 80 manat olub. Bizə bu qədər lazım deyil. Məsrəflərin yarısını çıxaraq, bu, bizə yetər.

- Sponsorunuz var?

— Sponsor deməzdim. Dostlar sağ olsunlar, maddi yardım edirlər. Mənə dəstək olan insanlar çoxdur. Mənim sənətimi sevən, səsimi bəyənən dostlar çoxdur. Mahnılarımın bəstəkarı Eldar Həsənovdur. Onu qeyd edim ki, mən bir neçə il öncə Azərbaycandan küsüb getmişdim. Amma yenidən geri qayitmağıma səbəb olan insanlar oldu. Məni Azərbaycana yenidən bəxş edən, geri qaytaran iki insan olub: Biri mənim pedaqoqum Hüseyn Əliyev, digəri isə məni Hüseyn Əliyevin yanına aparan Eldar Həsənovdur. Eyni zamanda Toma Eyvazovaya, Akif Məlikova təşəkkür edirəm. Opera teatrına məni qəbul edən şəxsiyyətlərdir. Mənim bu gün musiqidə yer tutmağıma səbəb olan bu insanlardır.

Əlaqədar

"Riqoletto"da Azərbaycan və Ukrayna opera ustaları birgə çıxış edəcək
Rus opera müğənnisi Lyubov Kazarnovskaya Xankəndində konsert verib
İlk Azərbaycan baletinin müəllifi
Milli Dram Teatrda “Generalın son əmri” tamaşası nümayiş olundu
Uşaqlar üçün yeni tamaşa - "Çirkin ördək balası"
Teqlər:
konsert, tamaşa, teatr, balet, opera, Cahangir Qurbanov, Opera və Balet Teatrı

Əsas mövzular