Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Görkəmli rejissorun 100 illik yubileyi qeyd olunacaq

© Photo : Azərbaycan Dövlət Teatr MuzeyiÜ.Hacıbəyli adına təsis edilmiş mükafatın rejissor Əliheydər Ələkbərova verilməsi
Ü.Hacıbəyli adına təsis edilmiş mükafatın rejissor Əliheydər Ələkbərova verilməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Əliheydər Ələkbərovun yubiley gecəsində xalq artistləri Azər Paşa Nemət, Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları iştirak edəcəklər

BAKI, 1 fev — Sputnik. Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Xətai rayon polis idarəsi - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanlı rejissorun oğlu itkin düşüb

Yubiley gecəsində Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları Ə. Ələkbərovun həyat və yaradıcılığından danışacaq, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edəcəklər.

Qeyd edək ki, Ə. Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. O, 1975-ci il martın 3-də vəfat edib.

Xəbər lenti
0