Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Moskvada yaşayan azərbaycanlı məşhur: imkan düşən kimi vətənə gedirəm

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidЭльчин Азизов на генеральной репетиции оперы "Князь Игорь". Архивное фото
Эльчин Азизов на генеральной репетиции оперы Князь Игорь. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Teatrın azərbaycanlı solisti, opera müğənnisi Elçin Əzizov: Çox şükür ki, mütəmadi olaraq Azərbaycana getmək imkanım var.

BAKI, 30 dek-Sputnik. Başa çatmaqda olan və həmçinin qarşıdan gələn il barədə Sputnik Azərbaycanın müxbirinə opera müğənnisi, Böyük teatrın (Bolşoy teatr) solisti və Azərbaycan Respublikasının əməkdar artisti Elçin Yaşar oğlu Əzizov danışır.

- 2015-ci il sizin üçün necə keçdi, nə ilə yadda qaldı və nəyi ən vacib hadisə hesab edirsiniz?

— Başa çatmaqda olan il… Necə keçib? Prinsip etibarilə, sevimli işinlə məşğul olanda, hər il yalnız müsbət emosiyalar gətirir. Mənim üçün ən parlaq hadisələrdən biri Metropoliten-operanın səhnəsində, məşhur Nyu-York səhnəsində debüt etməyim oldu. Həmçinin, prinsipcə Böyük Teatrda da çoxlu sayda yaxşı işlər olub: həm premyeralar, həm cari repertuar, həm də konsertlər.
Bilirsiniz, bu il yaxşı olub, yaxşı iş ili olub. Düzünə qalsa, yəqin ki, hamıya heç olmasa ən azı qarşıdan gələn ilin də belə olmasını arzulamaq lazımdır.

- Əgər sirr deyilsə, Yeni ili harada keçirməyi planlaşdırırsınız?

— Hələlik məlum deyil. Bizim işimiz elədir ki, hətta qarşıdan gələn 2-3 həftə barədə söz demək mümkün deyil. Yeganə onu deyə bilərəm ki, fikrimcə, Yeni ili "işdə" keçirməyəcəm.

- Yaxın vaxtlarda Azərbaycana yaxınlarınızı görməyə və onları bayramlarla təbrik etməyə hazırlaşırsınız?

— Belə bir imkan düşən kimi biz dərhal vətənə dönürük. Hərdən qısa müddətə: 1-2 günlük, hərdən isə bir az uzun müddətə. Lakin, çox şükür ki, bu mütəmadi olaraq baş verir.

- Yeni ildə Sputnik Azərbaycanın bütün oxucularına nə arzulamaq istərdiniz?

— Dünyada təəssüf ki, baş verənləri nəzərə alaraq, hamıya başının üzərində aydın səma arzulamaq istərdim. Bəlkə də nə qədər pafoslu səslənsə də, mən həqiqətən hamıya sülh arzulayıram. Qoy biz heç vaxt nəzəri cəhətdən istənilən formatda hər hansı müharibənin olacağını düşünməyək. Və əlbəttə, qoy Yeni ildə neqativ az, pozitiv isə mümkün qədər çox olsun!

Эльчин Азизов исполнил сольную партию в опере Дж. Верди в Москве. Архивное фото
Эльчин Азизов исполнил сольную партию в опере Дж. Верди в Москве. Архивное фото - Sputnik Azərbaycan
Эльчин Азизов исполнил сольную партию в опере Дж. Верди в Москве. Архивное фото

Xəbər lenti
0