10:31 27 Aprel 2018
Canlı yayım
Monserrat Kabalye - opera müğənnisi

Dünya şöhrətli opera müğənnisi həbs edildi

dailyculture
MƏDƏNİYYƏT
Qısa URL
448 0 0

İspaniyanın Barselona məhkəməsi Monserrat Kabalyeni 6 ay azadlıqdan məhrum edib.

BAKI, 15 dek-Sputnik. Məşhur opera müğənnisi Monserrat Kabalye həbs cəzası alıb. 

Sputnik Modern-ə istinadən xəbər verir ki, İspaniyanın Barselona məhkəməsi müğənnini vergidən yayınmaqda və fırıldaqçılıqda təqsirli bilərək 6 ay azadlıqdan məhrum edib.
Bundan başqa, müğənni 255 min avro cərimə ödəməli olacaq.

Müğənni 2010-cu ildən gəlir bəyannaməsini gizlədib və vergi ödəməkdən yayınmaq üçün yaşayış yeri kimi Andorranı göstərib.

Monserrat Kabalye bir neçə dəfə ermənilərin dəvəti ilə Azərbaycan tərəfinin icazəsi olmadan Dağlıq Qarabağda səfərdə olub. Kabalye ilk dəfə 2013-cü ilin iyununda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini qanunsuz ziyarət edib. O, səfər zamanı "Ermənistan, Artsax: xristianlıq adası" adlı albomunu təqdim edib. Həmin səfərə görə ispan opera müğənnisi Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına da daxil edilib.

Ermənistan prezidenti Serj Sərkisyan isə Monserrat Kabalyenin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün çətinliklərlə üzləşdiyini bildirərək müğənnini bu addımına görə Ermənistanın ali mükafatı olan "Şərəf" medalı ilə təltif edib.

Dağlıq Qarabağa səfəri ilə Azərbaycanda böyük narazılığa səbəb olan Kabalye Sərkisyana bundan sonra da Ermənistana və Xankəndinə səfərlərini davam etdirəcəyini demişdi.

Monserrat Kabalye 2004-cü il noyabrın 4-də Bakıya da gəlmiş, Opera və Balet Teatrında konsert vermişdi.

Teqlər:
Sarkisyan, Opera və Balet Teatrı, Xankəndi, Azərbaycan Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağ, Ermənistan, Barselona, Monserrat Kabalye, İspaniya

Əsas mövzular