03:55 18 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Türkan Şoray

Türkan Şorayın Bakı səfəri niyə təxirə salındı?

© Photo :
MƏDƏNİYYƏT
Qısa URL
4801

Aktrisa Bakıya dekabrın 9-da gələcək.

BAKI, 25 noy — Sputnik. Türkiyənin məşhur aktrisası Türkan Şorayın Azərbaycana gələcəyi tarix dəyişdirilib.

Sputnik report.az-a istinadən xəbər verir ki, aktrisa Bakıya dekabrın 9-da gələcək. Buna səbəb sənətçinin Türkiyədə bəzi işlərinin olmasıdır. Lakin, onun rejissoru olduğu "Uzaklarda arama" filmi sabahdan etibarən Nizami Kino Mərkəzində nümayiş etdiriləcək. Filmin qala gecəsi isə Türkan Şorayın iştirakı ilə baş tutacaq.

Nizami Kino Mərkəzində keçiriləcək qala gecəsinə Türkiyədən 6 nəfər qatılacaq. Filmin rejissoru Türkan Şoray, baş rolun ifaçısı isə qızı Yağmur Ünaldır. Filmdə Sevda Erginci, Mehtap Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp, Kaan Urgancıoğlu, Ekin Türkmen, Sema Keçik və başqaları çəkilib.
Türkan Şoray Bakıya noyabrın 26-da gəlməli idi.

Teqlər:
Sema Keçik, Ekin Türkmen, Kaan Urgancıoğlu, Serkan Şenalp, Mustafa Uğurlu, Mehtap Bayrı, Sevda Erginci, Yağmur Ünal, "Uzaklarda arama" filmi, Nizami Kino Mərkəzi, Bakı, Azərbaycan, Türkan Şoray, Türkiyə

Əsas mövzular