15:25 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
45430

Kinorejissor Ayaz Salayevin “ya səhnəyə çıxıb, soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin” sözləri ətrafında yaranan qalmaqal aktyorların bəzi problemlərini qabardıb.

BAKI, 2 avq — Sputnik. Kinorejissor Ayaz Salayevin “ya səhnəyə çıxıb, soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin” sözləri ətrafında yaranan qalmaqal aktyorların bəzi problemlərini qabardıb. 

Belə ki, sözügedən qalmaqala münasibət bildirən aktyor Kamran Yunis maaşlarının azlığından şikayətlənib. O, AzNews.az-a açıqlamasında150 manat maaş alan aktyorun səhnədə soyunmasının mümkünsüz olduğunu deyib: “Ayaz Salayevin sənətinə və düşüncəsinə hörmətim var. Çünki, doğrudan da, mükəmməl düşüncə sahibidir. Amma demək istəyirəm ki, 150 manata sənin üçün heç evdə arvad da soyunmaz. Bəli, 25 milyon ver, mən də soyunum”. 

Kinoşünas Ayaz Salayev
day.az
Kinoşünas Ayaz Salayev

Xatırladaq ki, sözügedən qalmaqal “Oda” Teatrının quruluş verdiyi “MimOda 18+” tamaşası ətrafında başlanıb. Tamaşanın açıq-saçıq səhnələrini müdafiə edən kinorejissor Ayaz Salayev aktyorların tənqid hədəfinə çevrilib.

Teqlər:
MimOda 18, Oda” Teatrı, Teatr, aktyor, Ayaz Salayev, Kinorejissor, Oda” Teatrı, Kamran Yunis, Ayaz Salayev

Əsas mövzular