09:29 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
11530

Görkəmli kinorejissor, Xalq artisti Yalçın Heydər oğlu Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

BAKI, 24 iyul — Sputnik. Görkəmli kinorejissor, Xalq artisti Yalçın Heydər oğlu Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Hələ 9-cu sinifdə oxuyarkən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq üçün Moskvaya getməyi arzulayırdı. Lakin valideynlərinin təkidi ilə geoloji coğrafiya fakültəsinə daxil olur. Həmin illərdə Yalçın Əfəndiyev ÜDKİ-də ilk dəfə ali təhsilli qrup təşkil olunacağını eşidir. Artıq ali təhsili olduğu üçün həmin təhsil ocağına düşməyə şansı çoxalan Yalçın Əfəndiyev ÜDKİ-yə daxil olur. Orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənir.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləmişdir. Daha sonra Süleyman Dəmirəl haqqında kinojurnal çəkmişdir.

"Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. Rejissorun çəkdiyi "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi onun uğurlu işlərindəndir. Bu filmə görə yaradıcı heyət — ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülmüşdür.

Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə tariximizə, mənəvi dəyərlərimizə həsr edilən onlarla film öz peşəkarlığı ilə fərqlənib.

"Azərbaycanfilm" kinostudiyasında çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi milli kinomuzda cizgi filmlərinin əsasını qoydu. Sənədli filmlərilə kinomuzda xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Xalq artistidir.

Filmoqrafiyası:

"Ağ pələng"lə görüş (film, 1988)

Azadlıq məşəli (film, 1967)

Azərbaycan incəsənəti (film, 1988)

Azərbaycan narı (film, 1978)

Azərbaycan, Azərbaycan (film, 1970)

Bakı haqqında 10 dəqiqə (film, 1966)

Cırtdan (film, 1969)

Dostluğun təntənəsi (film, 1974)

Dönüş (film, 1999)

Fransada Azərbaycan günləri (film, 1985)

Gənclik teatrının 50 illiyi (film, 1979)

Hikmətli miniatürlər (film, 1991)

Xatirələr sahili (film, 1972)

Qayıdış. Anadolu Əbilova

Qayıdacağına inanırdı (film, 1968)

Qırmızıbayraqlı Azərbaycan (film, 1980)

Qurultaydan qurultaya (film, 1985)

Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987)

Naxışların yaddaşı (film, 1973)

Neft Akademiyası (film, 1974)

Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)

Odla təmasda (film, 1972)

Ovçu, vurma məni (film, 1977)

Salam, İordaniya (film, 1981)

Səməd Vurğun (film, 1966)

Sənin həyat mövqeyin (film, 1979)

Suriyada (film, 1970)

Tərlan Musayeva (film, 1980)

Təsərrüfatlararası birlik (film, 1981)

Tilsim (film, 2005)

Yay günləri (film, 1977)

Yusif Məmmədəliyev (film, 1987)

Teqlər:
Azərbaycanfilm kinostudiyası, Dövlət Kinematoqrafiya İnstitutu, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu, Yalçın Heydər oğlu Əfəndiyev, Yalçın Əfəndiyev, Azərbaycan

Əsas mövzular