21:59 19 Noyabr 2017
Canlı yayım
Rasim Balayev

Müəllimlik etməyə nə həvəsim, nə də vaxtım yoxdur

MƏDƏNİYYƏT
Qısa URL
1701

Rasim Balayev bir dəfə müəllimliyə cəhd edib, amma bu cəhdi nəticəsiz qalıb.

BAKI, 29 may — Sputnik. “Auditoriyaya girdim, gördüm çox az tələbə var. Soruşdum haradadırlar? Dedilər ki, müəllim, narahat olma, tədricən gələcəklər. Mən də elə o an jurnalı götürüb çıxdım. Soruşdular ki, niyə gedirsən? Dedim ki, bu cür münasibət olan yerdə dərs deyə bilmərəm".

Bunu Sputnik-ə müsahibəsində Azərbaycanın xalq artisti, məhşur kinoaktyor Rasim Balayev deyib.

O, bildirib ki, bir dəfə müəllimliyə cəhd edib, amma bu cəhdi nəticəsiz qalıb: "Fikirləşirdim ki, azdan-çoxdan nə bilirəmsə, tələbə onu məndən zorla almalıdır. Yoxsa mən onu kimsəyə həvəslə verəsi deyiləm. Tələbə bu bilgiləri zorla almasa, nəsə alınmayacaq. Çünki biz də vaxtilə müəllimimizdən nəyisə zorla alırdıq. Öyrənmək üçün müəllimi gic edirdik. Amma indikilər bunu etmir. O vaxtlar qəribə ab-hava var idi. İndikilər öyrənməyə üstünlük vermir.”

Tələbəykən məsuliyyətli olduğunu bildirən xalq artisti o dövrdə yaşadığı çətinliklərdən də söz açıb: "Tələbə olandan sonra bir müddət yaxın qohumun evində yaşadım. Sonra institutdan dedilər ki, yataqxana hazırdı, yaşamaq istəyirsiniz? Mən də razılaşdım. Yataqxana İncəsənət Universitetinin Yasamal rayonu ərazisində, keçmiş Musabəyov heykəlinin yaxınlığındakı korpusunun yanında yerləşirdi. Yataqxanaya gedib baxdıq. Heç nə hazır deyildi. Bircə çarpayı və bir neçə əşya vardı. Heç işığı da  çəkilməmişdi. Razılaşdıq və orada yaşamalı olduq. İlk vaxtlar  işıq olmadığından dərslərimizi şam işığında hazırlayırdıq. İşıqlar bir neçə aydan sonra çəkildi. Biz dərsə belə hazırlaşırdıq. Bizim təhsilə yaşayışımız bu cür idi".


Əlaqədar

Coşqunla Rafael istedadlıdırlar, ancaq yaxşı ssenari yazanları yoxdur
Teqlər:
müəllim, kinoaktyor, yataqxana, tələbə həyatı, İncəsənət Universiteti, Rasim Balayev, Azərbaycan, Bakı

Əsas mövzular