21:21 25 İyun 2017
Canlı yayım
Jonni Depp

"Karib dənizinin qulduru"nu 10 ilədək həbs cəzası gözləyir

wikikino.com
MƏDƏNİYYƏT
Qısa URL
2501

Avstraliya hökuməti onu qaçaqmalçılıq yolu ilə ölkəyə heyvan gətirməkdə və karantin qanunvericiliyini pozmaqda ittiham edir.

BAKI, 27 may — Sputnik. Avstraliya hökuməti  Hollivud aktyoru Conni Deppi 10 illik həbs cəzası ilə təhdid edib. Aktyor qaçaqmalçılıq yolu ilə ölkəyə it idxal etməklə karantin qanunvericiliyini pozmaqda günahlandırılır. 

Sputnik "The Sydney Morning Herald"-a istinadən xəbər verir ki, Depp həmçinin 340 min Avstraliya dolları (təqribən 270 min ABŞ dolları) məbləğində cərimə edilə bilər. Bu təklif Kanberrada Senatın iclasında səsləndirilib. 

Aktyorun pilotu isə heyvanların idxalına yardım etdiyinə görə iki illik həbs cəzası ala bilər.  

Xəbərdə qeyd olunur ki, hökumətin bu bəyanatından sonra Depp həyat yoldaşı Ember Herdlə birlikdə ölkəni təcili tərk edib.

Aktyor Avstraliyanın Kyuinslend ştatında "Karib dənizinin quldurları" filminin davamı üzərində gedən işlərdə iştirak edib. Çəkiliş qrupunun nümayəndəsi Maykl Singer qeyd edib ki, Deppin gedişi daha əvvəldən planlaşdırılmışdı və onun Senatın çıxardığı qərarla heç bir əlaqəsi yoxdur. Singer bildirib ki, aktyor mayın 27-də qızı Lili-Rouzun 16 yaşını qeyd etmək üçün Los Ancelesə uçub.

Singerin sözlərinə görə, Deppin yoxluğu "Karib dənizinin quldurları"nın çəkilişlərinə təsir göstərməyəcək. Çəkiliş qrupu aktyorun yer almadığı səhnələri çəkəcək. O, Cek Sparrou (Sərçə) rolunun ifaçısının Avstraliyaya nə vaxt qayıdacağı barədə dəqiq məlumat verməyib. 

Hələ bu il mayın 14-də Avstraliyanın kənd təsərrüfatı naziri Barnabi Coys söz vermişdi ki, Deppin veterinar nəzarətindən keçirərək öz şəxsi təyyarəsində ölkəyə gətirdiyi iki Yorkşir terrierlərini ölkədən çıxana qədər yatırdacaq. Coys itləri ölkədən çıxarmaq üçün Deppə 48 saat vaxt verdiyini bəyan etmişdi. 

Sonra KİV-də Depp və onun həyat yoldaşı Ember Herdin Bu və Pistol adlı təlim görmüş itlərini mayın 15-də ölkədən çıxararaq Los Ancelesə göndərdikləri, aktyorun özününsə çəkilişləri davam etdirdiyi barədə xəbərlər yayılmışdı. 


Əsas mövzular