03:00 18 Noyabr 2017
Canlı yayım
Nikkolo Paqanini

Dahi bəstəkar və skripkaçı

music.yandex.ru
MƏDƏNİYYƏT
Qısa URL
4501

Bu gün dahi italyan bəstəkar və skripkaçısı Nikkolo Paqanininin vəfat etdiyi gündür.

BAKI, 27 may — Sputnik. Bu gün dahi italyan bəstəkar və skripkaçısı Nikkolo Paqanininin vəfat etdiyi gündür. 

1782-ci ildə Genuyada anadan olan dahi bəstəkarın atası artıq 5 yaşında ondakı istedadı görərək ona müxtəlif musiqi alətlərində, o cümlədən skripkada ifa etməyi öyrədir. Atası hətta Nikkolonu daha yaxşı çalışması üçün cəzalandırırmış. Bu isə dahi bəstəkarın sağlamlığına gələcəkdə çox pis təsir göstərib. Artıq uşaqkən Nikkolo musiqi bəstələməyə başlayır. 11 yaşından isə Genuya kilsələrində skripkada ifa etməyə başlayır. Onun ifasını eşidən bəstəkar Françesko Qneçço balaca skripkaçını yanına götürür. 

Paqanini ilk böyük konsertini 1795-ci ildə Genuyanın Sant-Aqostin teatrında verir. Bu konsertdən yığılan pulla Nikkolo Parmaya məşhur skripkaçı Alessandro Rollanın yanında təhsil almağa getməli imiş. Lakin onun ifasını eşidən Rolla "mən artıq bu oğlana heç nə öyrada bilmərəm, çünki hər şeyi bilir" deyib.

Nikkolo Paqanini bir çoxu günümüzədək gəlib çatmamış onlarla əsər bəstələyib. 

Bəstəkar ömrü boyu çoxsaylı xroniki xəstəliklərdən əziyyət çəkib. 

Paqanini 1840-cı ildə Nitsada gözlərini dünyaya yumub. Onun skripkasına dahinin ölümündən sonra "Paqanininin dul arvadı" adını veriblər. 

Əsas mövzular