17:17 14 Dekabr 2017
Canlı yayım
Cəngi caz qrupu

Azərbaycan qrupu Norveçdə etno-caz konserti verib

© AZƏRTAC
MƏDƏNİYYƏT
Qısa URL
711

“Cəngi" Norveçdə uğurlu konsert proqramı ilə çıxış edib.

BAKI, 26 may — Sputnik. Azərbaycanın “Cəngi" caz qrupu Norveçdə uğurlu konsert proqramı ilə çıxış edib. Bu barədə Sputnik-ə Diasporla iş üzrə Dövlət komitəsindən məlumat verilib. Osloda Azərbaycanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupunun konserti təşkil edilib. Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə Norveçin tanınmış Stovner kilsəsində gerçəkləşdiriliən və üç gün davam edən etno-caz konsertində "Cəngi" qrupu tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. Qrupun üzvləri Arzu Həsənlinin (vokal), Mircavid Cəfərovun (tar), Vasif Hüseynzadənin (piano), İsgəndər Ələsgərovun (zərb alətləri), Tural Qasımlının (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifaları maraqla qarşılanıb. 

Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda "Cəngi" qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib. 

Oslo Meriyasının deputatı Gülay Kutal konsertdə çıxış edərək bildirib ki, belə layihələr Oslonun mədəni həyatını zənginləşdirməklə yanaşı, müxtəlif xalqlar arasında mədəni və dostluq əlaqələrinin güclənməsinə öz töhfəsini verir.

Etno-caz layihəsinin musiqimizi Avropada təbliğ etmək üçün maraqlı bir seçim olduğunu deyən Azərbaycan Evinin sədri Ramil Əliyev qeyd edib ki, bu cür proqramlar eyni zamanda azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduğunu sübut edir. Diaspor rəhbəri gələcəkdə  də Norveçdə Azərbaycan cazmenlərinin konsertini təşkil edəcəklərini deyib. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilatı Milli Şurasının dəstəyi ilə həyata keçirilib. 


Əlaqədar

Blüzün əfsanəvi kralı vəfat edib

Əsas mövzular