17:19 14 Dekabr 2017
Canlı yayım
Актер Жерар Депардье

Jerar Depardye: Rusiya uğrunda ölməyə hazıram

Yuri Chichkov
MƏDƏNİYYƏT
Qısa URL
1601

Aktyor deyib ki, heç vaxt özünü fransız kimi hiss etməyib və Fransanın dəyərlərini bölüşmür.

BAKI, 26 may – Sputnik. Rusiya vətəndaşlığını qəbul etmiş dünyaca məşhur fransız aktyor Jerar Depardye Rusiya uğrunda ölməyə hazır olduğunu bildirib. 

Sputnik xəbər verir ki, bu barədə Depardye Fransanın “Voisi” nəşrinin əlavəsi olan  “Vanity Fair” jurnalina müsahibəsində deyib. 

“Mən Rusiya uğrunda ölməyə hazıram, çünki burada insanlar güclüdürlər. Mən hazırkı Fransada axmaq kimi ölmək istəmirəm”, deyə Depardye bildirib. 

O qeyd edib ki, heç vaxt özünü fransız kimi hiss etməyib və özünün tərbiyə olunduğu dəyərləri bölüşmür. “Mən heç nəyə inanmıram. Xüsusən də özümə. Hərdən gecələr öz yatağımda ömürlük yatmaq istəyirəm”, Depardye əlavə edib. 

Bu yaxınlarda Kann festivalında Depardye Rusiya prezidenti Vladimir Putinə sevgisini ifadə etmişdi. O, həmçinin qeyd etmişdi ki, müharibəni sevmir və Ukraynada baş verənlərdən şoka düşüb. “Mən prezident (keçmiş) Viktor Yuşşenkoyla yaxşı tanışam və ukraynalıları sevirəm, amma münaqişələri müzakirə etmək mənim səlahiyyətlərimə daxil deyil. Mən müharibəni, münaqişələri sevmirəm, çünki onlar insanların ölümünə səbəb olur”, deyə aktyor bildirib. 

2013-cü ilin yanvarında Jerar Depardye Rusiya vətəndaşlığını qəbul edib. O, yanvarın 5-də Rusiya prezidenti Vladimir Putinlə Soçi görüşü zamanı Rusiya pasportunu alıb. 

Aktyor Fransa vətəndaşlığından imtina etmək barədə qərarını 2012-ci ilin dekabrında elan edib. Bu addım Fransa prezidenti Fransua Ollandın milyon avrodan artıq gəliri olan şəxslərdən 75% vergi tutulması barədə qərar verməyə hazırlaşdığı vaxt atılıb. Depardye əvvəlcə Fransa vətəndaşlığını Belçika vətəndaşlığı ilə əvəz edib. Sonradan məlum olub ki, Fransa hökuməti vergiləri artırmaqdan imtina edib. 


Əsas mövzular