22:13 12 Dekabr 2017
Canlı yayım
Kazan teatr festivalı

Akademik Milli Dram Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

sputnik.az
MƏDƏNİYYƏT
Qısa URL
1601

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçiriləcək Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

BAKI, 25 may — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçiriləcək Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirak edəcək. 

1-5 iyun tarixlərində Tatarıstanın Kazan şəhərində baş tutacaq festivalda Tatarıstan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edəcək.

Akademik Milli Dram Teatrı festivalda ölkəmizi "Kitabi Dədəm-Qorqud" eposunun "Disrə xan oğlu Buğac" boyunun motiviləri əsasında hazırlanmış "İlahi oyun" tamaşası ilə təmsil edəcək. Qeyd edək ki, sözügedən tamaşa bu günə qədər Konyada keçirilən "Min nəfəs, bir səs" Festivalında və Gürcüstanda keçirilən Tiflis Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. İnanırıq ki, seyrçini əski türk qəbilələrinin əsrarəngiz dünyasına, miflər aləminin sakral məkanına aparan "İlahi oyun" tamaşası Kazanda da rəğbətlə qarşılanacaq.

Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında "Kitabi Dədəm-Qorqud" dastanının müxtəlif boyları əsasında hazırlanan səhnə əsərləri, eləcə də, milli və dünya dramaturgiyası nümunələri əsasında hazırlanan tamaşalar təqdim olunacaq. Akademik Milli Dram Teatrının "İlahi oyun" tamaşası 4 iyun tarixində, yerli vaxtla saat 18.30-da K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunacaq.

"İlahi oyun" tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, rəqslərin quruluşçusu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovadır. Janrı bir hissəli soylama kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Ozan — Ata), Pərviz Məmmədrzayev (Ozan — Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan — Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.

Həmçinin festival çərçivəsində 5 iyun tarixində "Teatrın inkişaf vektoru: Avropa-Asiya" adlı elmi-praktiki konfrans da keçiriləcək.

Festival çərçivəsində keçiriləcək daha bir tədbir ünlü türk yazarı Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Teatr Əsərləri Müsabiqəsi ilə bağlı olacaq. Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov müsabiqənin münsiflər heyətinin Azərbaycan üzrə nümayəndəsidir.

Əlaqədar

Uşaqlar üçün yeni tamaşa - "Çirkin ördək balası"
Rəssam İlqar Əkbərovun 55-illiyinə həsr olunmuş sərgi keçiriləcək
Teqlər:
epos, dramaturgiya, türk, musiqi tərtibatçısı, quruluşçu rejissor, aktyorlar, tamaşa, Tiflis Beynəlxalq Teatr Festivalı, "Min nəfəs, bir səs" Festivalı, Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalı, Akademik Milli Dram Teatrı, K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrı, Amid Qasımov, Mustafa Mustafayev, Mikayıl Mikayılov, Pərviz Məmmədrzayev, Nigar Güləhmədova, Vidadi Həsənov, Novruz Novruzlu, Aktau, Kazan, Başqırdıstan, Altay, Konya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Tatarıstan

Əsas mövzular