15:54 17 Dekabr 2017
Canlı yayım
Eurovision

"Eurovision" müsabiqəsində İsveç təmsilçisi qalib gəlib

mfm.ua
MƏDƏNİYYƏT
Qısa URL
6401

Azərbaycan təmsilçisi Elnur Hüseynov 49 xalla 12-ci olub.

BAKI, 24 may — Sputnik. Mayın 23-də Avstriyanın Vyana şəhərində "Wiener Stadthalle" arenada “Eurovision 2015” mahnı müsabiqəsinin final şousu keçirilib.

APA-nın məlumatına görə, final mərhələsində 27 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər.

Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq “Hour of the Wolf” mahnısını səsləndirib.  

İştirakçılar səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq mahnılarını ifa ediblər:

1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.

Qeyd edək ki, Avstriya, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Avstraliya  finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir (Avstraliya təmsilçisi “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyi münasibəti ilə fəxri qonaq qismində çıxış edib).

Final şousunda həmçinin ötən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsininin avstriyalı qalibi Konçita Vurst “Rise Like a Phoenix” mahnısını təqdim edib.

“Eurovision 2015” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında, proqnozlara uyğun olaraq, İsveç təmsilçisi Mons Selmerlev olub. O, 365 xalla birincilik əldə edib. O ölkələrin çoxundan 12 xal alıb. 49 xal toplayan Azərbaycan təmsilçisi Elnur Hüseynov müsabiqədə 12 yeri tutub.

Qeyd edək ki,  Çexiya Azərbaycana 12 bal verib.

Gürcüstan ölkəmizə 10 xal təqdim edib.

Monteneqro, Malta 8 bal verib.

Litva 2, Rumıniya, Moldiva və Rusiya isə hərəsi 3 xal verib.

Azərbaycan isə 8 balı İtaliyaya, 10 balı Gürcüstana, 12 balı isə Rusiyaya verib.

İsveç 365, Rusiya 303, İtaliya 292 xalla “Eurovision 2015” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar. Qeyd edək ki, bu İsveçin “Eurovision" müsabiqəsində altıncı qələbəsidir.

Beləliklə, “Eurovision 2016” yarışması İsveçdə baş tutacaq.

Əlaqədar

Elnur Hüseynov ona səs verənlərə minnətdarlığını bildirib
Elnur "Eurovision 2015" mahnı müsabiqəsinin final mərhələsində

Əsas mövzular