19:34 26 İyun 2017
Canlı yayım
Представитель Азербайджана на песенном конкурсе Евровидение-2015 Эльнур Гусейнов

Elnur Hüseynov ona səs verənlərə minnətdarlığını bildirib

www.eurovision.tv
MƏDƏNİYYƏT
Qısa URL
2801

"Eurovision-2015" mahnı müsabiqəsinin ikinci qrupundan finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri mətbuat konfransı keçirib və öz təəssüratlarını bölüşüblər.

 

BAKI, 22 may — Sputnik. "Eurovision-2015" mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan azərbaycanlı təmsilçi Elnur Hüseynov ona səs verənlərə minnətdarlğını bildirib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, Avstriyada "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci qrupundan finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri mətbuat konfransı keçirib və öz təəssüratlarını bölüşüblər. Hər bir təmsilçinin çıxışından sonra onun finalda hansı hissədə çıxış edəcəyi müəyyənləşdirilib.

Finala vəsiqə qazanan musiqi yarışmasının azərbaycanlı təmçilçisi Elnir Hüseynov da öz hisslərini bölüşüb.

Elnur Hüseynov jurnalistlərin "Siz bu gecə mahnının sözlərində deyildiyi kimi, yata biləcəksinizmi?" — sualını cavablandırarkən deyib: "Ümid edirəm ki, yata biləcəyəm. Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm

Mayın 23-də keçiriləcək final konsertində Litva, Sloveniya, İsveç, Kipr, Norveç, İsrail birinci, Azərbaycan, Monteneqro, Polşa, Latviya isə ikinci hissədə çıxış edəcəklər. 

Əlaqədar

Elnur "Eurovision 2015" mahnı müsabiqəsinin final mərhələsində
Teqlər:
mahnı, elnur avrovizyon açıqlama, müsabiqə, Elnur, Azərbaycan

Əsas mövzular