17:21 14 Dekabr 2017
Canlı yayım
Mehdi Məmmədov

Rejissor, aktyor və pedaqoq Mehdi Məmmədov

kino-teatr.ru
MƏDƏNİYYƏT
Qısa URL
7301

Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu, SSRİ xalq artisti, sənətşünaslıq doktoru və professor Mehdi Məmmədov 1918- ci il mayın 22-də Şuşada anadan olub.

BAKI, 22 may — Sputnik. Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu, SSRİ xalq artisti, sənətşünaslıq doktoru və professor Mehdi Məmmədov 1918- ci il mayın 22-də Şuşada anadan olub.

Mehdi Məmmədov səhnə sənətinə aktyorluqla başlayıb.

Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyn Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib. "Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilib. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib.

Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960-1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor kürsüsünü tutub.

Əsas mövzular