21:52 19 Noyabr 2017
Canlı yayım
bi bi king

Blüzün əfsanəvi kralı vəfat edib

en.wikipedia.org
MƏDƏNİYYƏT
Qısa URL
311

Bütün dövrlərin ən yaxşı gitaraçısı titulunun sahibi, blüzün əfsanəvi kralı Bi Bi Kinq 90 yaşına bir neçə ay qalmış həyatla vidalaşıb

 

BAKI, 15 may — Sputnik. Bütün dövrlərin ən yaxşı gitaraçısı titulunun sahibi, blüzün əfsanəvi kralı Bi Bi Kinq 90 yaşına bir neçə ay qalmış həyatla vidalaşıb.

Əfsanəvi musiqiçi ABŞ-ın Las-Veqas şəhərində vəfat edib. O, təxminən bir ay bundan əvvəl 20 ildir ki, əziyyət çəkdiyi şəkər diabetinin kəskinləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Əsl adı Rayli Bi Kinq olan Bi Bi Kinq 1925-ci il sentyabrın 16-da ABŞ-da anadan olub. Vida qastrol turunu 2006-cı ildə keçirən Kinq sonralar yenidən səhnəyə qayıtmiş, 2014-cü ildə isə tibbi göstəriş səbəbindən səhnə fəaliyyətini tamamilə dayandırmişdı.

Əsas mövzular