01:06 22 Oktyabr 2017
Canlı yayım
Dünya Mətbəxi

Qışa hazırlıq: bibər-pomidor salatı

Qısa URL
333733018
qadin.net

Soyuq dönəmdə, xüsusən qış fəslində yeməklərimizə turşuların (şorabaların, tutmaların) xüsusi dad verdiyini yəqin ki, heç kəs inkar etməz.

Kim nə deyir desin, plovla qırmızı pomidor şorabasının, kartof qızartması ilə kələm turşusunun öz yeri var. Əlbəttə ki, zövqlər müxtəlifdir. 

Bu turşuların hazırlanmasında əsas əziyyət qadınlarımızın üzərinə düşür. Düzdür, indi bir çoxları həmin məhsulları dükandan almağa üstünlük verirlər, lakin ev şəraitində hazırlanan qidanın yerini heç nə vermir. 

Bu məsələdə xanımların fantaziyası genişdir. Yəni, ənənəvi turşulardan başqa müxtəlif salatlar, leçolar və s. qışa tədarük görülə bilir.

Biz də Sputnik olaraq bu məsələdə vətəndaşlarımıza kömək etmək istədik. Təqdim edəcəyimiz videoda bibər və pomidor salatının qış üçün hazırlanma üsulu göstərilir. Hazırlama prosesinin məhz yay fəslində həyata keçirildiyini nəzərə alsaq, indi o lap yerinə düşür.

Digər videolar

Əsas mövzular