18:58 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267

O adi reseptlerden dadı və hazırlanması metodu ilə fərqlənir.

Sputnik, nar jelesi reseptini təqdim edir. O adi reseptlerden dadı və hazırlanması metodu ilə fərqlənir.

Molekulyar kulinariyada olan «jeleləşdirmə» bölümündə çoxlu jele hazırlanması ilə bağlı olan orijinal reseptlər var. 

Nar jelesinin hazırlanma üsulu çox sadədir: narı yumaq və ortadan ikiyə kəsmək. Nar dənələrini təmizləyib, şirəçəkənlə nar şirəsini sıxmaq. Təxminən 250 ml şirə alınmalıdır.

Nəticədə alınan mayeni aşağı istilikdə qaynayan qazana tökməlisiniz. Bir xörək qaşığı şəkər tozu, alma turşusu, duz və jelatin əlavə etmək lazımdır. Sonra jelatini qazandan çıxarmalı və şirəni qaynatmalısınız. Eyni zamanda, alınan şirəni qarışdırmaq lazımdır. Bir necə dəqiqə qaynatdıqdan sonra qazanın altını keçirməlisiniz. Sonda şirəni başqa qaba tökməli və soyuducuda 30-40 dəqiqə saxlamalısınız. 

Nəticə cəkdiyiniz əziyyətə dəyər.

Digər videolar

Əsas mövzular