00:06 24 Sentyabr 2017
Canlı yayım
Dünya Mətbəxi

Fizika və kimya aşpazların köməyində: Molekulyar kulinariya

Qısa URL
31562
moleculargastronomynetwork.com

Sputnik yenilik və ekzotika həvəskarları üçün molekulyar kulinariyanı təqdim edir.

BAKI, 4 iyul – Sputnik. Mətbəxdə, yemək hazırlamaqda ilk baxışda insanlar hər şeyi eksperiment ediblər. Lakin müasir dünya təəccübləndirməkdə davam edir. Sputnik yenilik və ekzotika həvəskarları üçün molekulyar kulinariyanı təqdim edir. 

Molekulyar kulinariya 1992-ci ildə meydana gəlsə də, son illərdə geniş yayılmağa başlayıb. Əslində bu bildiyimiz yemək və desertlərin hazırlanmasına elmi yanaşmadır. 

Kimyaçı Erve Tisa və fizik Nikolas Kurti yemək hazırlanmasına ciddi laborator tədqiqat tələb edən bir məsələ kimi baxırlar. Onlar əmin olublar ki, suflenin hazırlanması zamanı baş verən proseslər Veneranın atmosferinə nisbətən daha az öyrənilib. 

Molekulyar kulinariya nə təklif edir? Yemək hazırlanması zamanı maddənin molekulyar əlaqələrini qırsaq, həmin maddənin yeni, qeyri-adi xüsusiyyətləri üzə çıxacaq. Maddənin forması, dadı dəyişə bilər. Qısası, maddəyə təsir etməklə onu molekulyar mərhələdə dəyişib ondan yeni maddə alırıq. Yeni maddələrdən isə fərqli bir şey hazırlayırıq

Digər videolar

Əsas mövzular