Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Koronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə

© AFP 2023 / LENNART PREISSСвидетельство о вакцинации от коронавируса, фото из архива
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Sentyabrın 1-dən etibarən mobil tətbiqin istifadəsi Rusiyaya səyahət etmək istəyən daha dörd ölkənin – Özbəkistan, Moldova, Azərbaycan və Türkmənistan – vətəndaşları üçün də məcburi olacaq.

BAKI, 16 iyul — Sputnik. İyulun 10-dan etibarən Avrasiya İqtisadi Birliyi ölkələrinin və Tacikistanın vətəndaşları Rusiyaya ""COVID-19"-suz səyahət edirəm" mobil tətbiqində koronavirus testinin nəticəsinin mənfi olduğunu göstərən QR-kodla uçub gedə biləcəklər. Digər MDB ölkələrinə bu qayda sentyabrın 1-dən tətbiq olunacaq.

İyulun 15-də MDB İcraiyyə Komitəsi peyvənd pasportlarının qarşılıqlı tanınması məsələsini müzakirə edib.

Platformanın imkanları “Sputnik V” peyvəndi ilə bağlı məlumatlarla genişləndiriləcəkmi? Bunun üçün nə tələb olunur? Sualların cavabı Sputnik-in materialında.

Problemin qarşısının alınması planlaşdırılır

""COVID-19"-suz səyahət edirəm" mobil tətbiqində PZR testi verilən laboratoriyalar göstərilib. Testin nəticəsini əks etdirən informasiya ilə birlikdə QR-kod avtomatik olaraq platformaya yüklənir. Bir sıra MDB ölkələrində "Sputnik V" peyvəndi ilə vaksinasiya aparılsa da, ""COVID-19"-suz səyahət edirəm" tətbiqinə bu barədə məlumatları daxil etmək mümkün deyil. Müvafiq olaraq Rusiya Federasiyasına PZR testsiz getmək olmaz. Bundan başqa, Moskva bölgəsindəki ictimai iaşə obyektlərinə getmək üçün də QR-kod sistemi tətbiq olunur. Kütləvi tədbirlər üçün nəzərdə tutulmuş məhdudiyyətlər də var. Məsələ burasındadır ki, PZR test məlumatlarının əks olunduğu kod cəmi üç gün, tam vaksinasiya barədə informasiya isə bir il qüvvədə olur.

Sputnik aydınlaşdırıb ki, məsələ hökumətlər səviyyəsində həll olunmalıdır. Dövlətlər qarşılıqlı şəkildə peyvənd pasportlarını tanımalıdırlar. Yalnız bundan sonra tətbiqin özündə də müəyyən dəyişikliklər etmək mümkündür.

"Tətbiq təkmilləşdirilir. Layihəyə cəlb olunan laboratoriyaların siyahısı genişləndirilir, tətbiqin istifadə coğrafiyasının genişləndirilməsi üzərində iş aparılır, eləcə də, tətbiq istifadəçilərinin vaksinasiyası ilə bağlı məlumatların təqdim olunması imkanları üzərində texniki hazırlıq gedir. Bu barədə daha sonra əlavə informasiya veriləcək", – deyə Sputnik-ə platformanı işləyib-hazırlayan Avrasiya İnkişaf Bankının Rəqəmsal Təşəbbüslər Fondundan bildirilib.

Beləliklə, məlum olub ki, tətbiqi işləyib-hazırlayan qurum qısa vaxt ərzində peyvənd pasportu məlumatlarını və bunun əsasında alınan QR-kodun daxil edilməsi funksiyasını işə sala bilər. Ancaq bunun üçün dövlətlərarası razılaşma imzalanmalıdır.

"COVID-19"-suz səyahət edirəm" mobil tətbiqi pandemiya şəraitində Avrasiya İqtisadi Birliyi ölkələri (və Tacikistan - red.) vətəndaşlarının Birlik daxilində sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlənib-hazırlanıb. Smartfonlara asanlıqla yüklənən bu tətbiqin yaddaşında laboratoriyalarda verilmiş PZR testlərin nəticələrini saxlamaq mümkündür ki, bu da istifadəçilər üçün çox əlverişlidir – artıq kağız formasında arayışları gəzdirməyə ehtiyac qalmır, tətbiq nəzarətedici qurumlar üçün də test nəticələrinin həqiqiliyini təsdiqləyən zəmanət rolunda çıxış edir", – deyə Fonddan bildirilib.

MDB səviyyəsində fəal müzakirə

İyulun 15-də COVID-19-a qarşı vaksinasiya sertifikatının qarşılıqlı tanınması məsələsi MDB İcraiyyə Komitəsinin iclasında müzakirə olunub. Görüşün təşəbbüskarı Belarus respublikasının Səhiyyə Nazirliyi idi və iclasda Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Rusiya və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.

İclas iştirakçıları qeyd ediblər ki, bütün MDB ölkələrində vətəndaşların koronavirusa qarşı fəal vaksinasiyası aparılır, peyvəndi təsdiqləyən milli nümunəli sertifikatlar və QR-kodlar verilir.

"İclas iştirakçıları belə hesab edirlər ki, vaksinasiya barədə sertifikatların qarşılıqlı tanınması COVID-19-a qarşı peyvənd olunmuş vətəndaşların sərhədlərarası hərəkətini asanlaşdıracaq, turist axınını canlandırmağa imkan verəcək, şəxsi və iş səyahətlərinin bərpasına kömək edəcək", – deyə MDB İcraiyyə Komitəsinin məlumatında bildirilir.

Avrasiya İnkişaf Bankının Rəqəmsal Təşəbbüslər Fondundan onu da qeyd ediblər ki, test rejimində istifadəyə verildiyi 2021-ci il fevral ayının əvvəlindən bu günə kimi ""COVID-19"-suz səyahət edirəm" mobil tətbiqini 460000 insan yükləyib. Onların hamısı Rusiya sərhədini keçib. Bu baxımdan Ermənistan, Qırğızıstan və Belarus vətəndaşları liderdir.

Sentyabrın 1-dən isə tətbiqin istifadəsi daha dörd ölkənin – Özbəkistan, Moldova, Azərbaycan və Türkmənistan – vətəndaşları üçün məcburi olacaq. Bununla yanaşı, bir qədər əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, ""COVID-19"-suz səyahət edirəm" tətbiqinə dünyanın bütün ölkələri istədikləri vaxt qoşula bilərlər.

Xəbər lenti
0