07:36 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
YAZARLAR
Qısa URL
42 0 0

Epidemioloqlar və virusoloqlar əmindirlər ki, bir sıra Avropa İttifaqı ölkələrinin Rusiya vaksinlərini tanımaq istəməməsinin elmlə, yaxud da öz vətəndaşlarının qayğısına qalmaqla heç bir əlaqəsi yoxdur.

Fransa ərazisində vətəndaşlara yalnız ölkə rəhbərliyinin təsirindən əmin olduğu vaksin vurula bilər. Bunu Fransa XİN yanında dövlət katibi Kleman Bon deyib. ”Digər vaksinlərə, xüsusən Rusiya və Çin istehsalı olan peyvəndlərə gəlincə, Fransa öz partnyorlarına söyləyir: “Ehtiyatlı olun, bu vaksinlərə “yox” deyin””, - diplomat bildirib.

O həmçinin Yunanıstanı da Rusiya vaksini olan “Sputnik V” vurdurmuş turistləri qəbul etməyə hazır olduğunu bəyan etdiyinə görə qınayıb. RF məhsullarına bu cür münasibətin əsl səbəbi nədədir – Sputnik-in icmalında oxuyun.

“Sputnik V” bütöv bir ölkəni xilas etdi

“Virusologiya nöqteyi-nəzərindən bizim peyvəndlərə qarşı bu cür bəyanatlar, ən azı, düzgün deyil. Ancaq bu cür bəyanatları politoloqlar dəyərləndirməlidirlər, mən isə siyasətçi deyiləm. Virusoloq kimi isə deyə bilərəm ki, bizim vaksin xaricilərinkindən, dəqiq, pis deyil, ona görə bu cür ittihamların bioloji tibbi əsası yoxdur”, - dünyada ilk qeydiyyata alınan “Sputnik V” vaksininin yaradıcılarından olan Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzinin professoru Anatoli Altşteyn söyləyib.

O qeyd edib ki, əgər məsələyə elmi nöqteyi-nəzərdən yanaşılsa, Rusiyanın “Sputnik V” vaksini bütün göstəricilərinə görə Aİ-də kütləvi tətbiq olunan “AstraZeneca” və “Johnson & Johnson” şirkətlərinin peyvəndlərinə daha yaxındır. “Ancaq hesab edirəm ki, bizim vaksinimiz üstündür”, - virusoloq deyib.

Mayda Rusiyada birdozalı “Sputnik Layt” vaksini təsdiq edilib, onun simptomatik kovidin dəf olunmasında effektivlik səviyyəsi, istehsalçıların dediyinə görə, 79.4% təşkil edir. Dünyanın ən prestijli elmi jurnalı olan “Nature”da bildirilirdi ki, Argentinanın Səhiyyə Nazirliyi “Sputnik Layt”ın klinik sınaqlarını 60-79 yaş arasında 40 min vaksin olunmuş və 146 min vaksin olunmamış insanın iştirakı ilə keçirib. Sınaqların nəticələri hələ rəsmən elan olunmayıb, ancaq məlumdur ki, vaksinin bir dozası simptomatik infeksiya riskini 78.6%, hospitalizasiya riskini 87.6%, ölüm riskini isə 87.7% azaldır.

Bəs bu göstərici deyil, nədir? Amma Anatoli Altşteyn bu məlumatlara başqa cür reaksiya verir: “Heç bu da məni “Sputnik” peyvəndinin effektivliyinə inandırmaz. Balaca bir Avropa dövləti var, San-Marino (hər tərəfdən mürəkkəb epidemioloji şəraitin olduğu İtaliya ilə əhatələnmiş – red.), oradakı 35 min əhalinin 30 mininə Rusiyanın “Sputnik V” peyvəndi vurulub. Və yalnız bunun sayəsində həmin dövlətdə epidemiyaya tam qalib gəldilər”.

Rusiya vaksini qırmızı bayraq kimi

Elə həmin “Nature” jurnalında “Sputnik V” haqda yazılmışdı ki, “Hazırda Rusiyadan və digər ölkələrdən daxil olan xeyli məlumat əsas verir ki, bu vaksin təhlükəsiz və effektivdir”.

“Bizim “Sputnik V” vaksininin effektivliyi yaxşıdır, digər beynəlxalq aləmdə tanınan vaksinlərdən pis deyil. Ancaq bir şeyə diqqətinizi cəlb etmək istəyirəm ki, Çin vaksininin Seyşel adalarında, eləcə də Ərəb Əmirliklərində tətbiqi xüsusi bir nəticə vermədi”, - Anatoli Altşteyn qeyd edib.

İnfeksionist, “Lider təbabət” tibb mərkəzinin baş həkimi Yevgeni Timakov əmindir ki, Fransa XİN dövlət katibi Kleman Bonun bəyanatı “sırf biznesdir”.

“Çünki Aİ-yə rəqib vaksinlər lazım deyil. Sırf iqtisadi cəhətdən. Avropada əhalinin böyük hissəsi peyvənd olunmadıqca, bazarda vaksinə tələbat olduqca, təbii ki, həmin bazarı ayaqda saxlayan vaksinlər olacaq. ÜST-ün sponsoru ilə Pfizer vaksinini istehsal edənlər, yeri gəlmişkən, eyni adamlardır. Avropada rəqibin olması onlara sərf eləmir”, - Yevgeni Timakov deyib.

Rusiya və xarici vaksinləri müqayisə edən həkim deyir ki, bütün mövcud vaksinlər analoji platformaya malikdir, beynəlxalq tədqiqatlar göstərir ki, identik vaksinlər müxtəlif ölkələrdə effektivliyinə və təhlükəsizliyinə görə eynidir.

“Rusiyanın “Sputnik” vaksini “AstraZeneca” və “Johnson & Johnson” şirkətlərinin peyvəndlərinin analoqudur, “EpiVakKorona”nın analoqu yoxdur, “KoviVak”ı isə Çinin “Sinofarm”ı ilə oxşatmaq olar”, - ekspert deyib.

Düzdür, Anatoli Altşteynin sözlərinə görə, hələ ki beynəlxalq səviyyəyə ancaq bir Rusiya vaksini “Sputnik V” və onun birkomponentli analoqu “Sputnik Layt” çıxıb. O deyir ki, “EpiVakKorona” ilə “KoviVak” hələ klinik sınaqların üçüncü mərhələsindən keçməyib, çünki onlar hələlıik sırf rusiyadaxili preparatlardır. Ancaq hətta bir Rusiya vaksini belə Avropada xeyli qeyri-elmi iddialara səbəb olur.

“Rospotrebnadzor”un keçmiş rəhbəri, epidemioloq həkim, Dövlət Dumasının deputatı Gennadi Onişşenko Fransa XİN nümayəndəsinin bəyanatına hiddətlənib.

O xatırladıb ki, çərşənbə günü Macarıstanın Xarici işlər naziri Peter Siyyarto Rusiyanın Sənaye və ticarət naziri Denis Manturova əcnəbilər üçün ali mükafat olan dövlət mükafatı – üçüncü dərəcəli “Xidmətlərə görə” ”Ulduzlu orta xaç” ordeni verib. Məmurun simasında Budapeşt bütün Rusiyaya təşəkkür edib. Səbəb isə Rusiyanın koronavirus əleyhinə vaksininin tədarükü olub.

“Macarıstan Avropadır, Avropa İttifaqına daxildir. Ona görə də, hətta effektivlik barədə tibbi təfərrüata varmadan, ancaq bir söz deyəcəm – bizim “Sputnik V” vaksinimiz Avropa analoqlarından yaxşıdır. Bu da sizə etiraf. Ancaq bu o dövlətlərdə baş verir ki, orada vətəndaşların qayğısına qalırlar”, - Gennadi Onişşenko deyib.

O həmçinin xatırladıb ki, Hindistan Rusiyanın “Sputnik V” vaksininin istehsalını təşkil edib və 100 milyon əhalisi məhz Rusiya vaksini vurdurub. “Sputnik V”ni həmçinin Cənubi Koreya və Argentinada da istehsal edirlər.

Onişşenkonun fikrincə, Fransa XİN dövlət katibi Kleman Bonun bəyanatının elmə heç bir aidiyyatı yoxdur – “bu, sırf siyasət, hansısa əsası olmayan boş bəyanatdır”. 

Rusiya keçmiş SSRİ-nin ölkələrinə: Qırğızıstan, Ermənistan, Belarus, Azərbaycan, Qazaxıstan, Moldova, Tacikistan, Özbəkistana da vaksin tədarük edib. Bundan başqa, Belarus və Qazaxıstanda “Sputnik V”nin lisenziya ilə istehsalı təşkil edilib.

Əsas mövzular