Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Dumanlı sülh, minasız gələcək və nefti necə unutmalı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
Oxçuçayın çirkləndirilməsi, sənaye tullantılarının böyük həcmdə axıdılması ilə baş verən, ələlxüsus da adətən ekoloji standartları ilə etalon kimi qəbul olunan ölkəyə - Almaniyaya məxsus şirkətin iştirakı ilə baş verən ekoloji terror hadisəsi idi.

Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.

Təbiətlə savaşda

"Təbiətlə savaş halındayıq, qazansaq, uduzacağıq". Dünyaca məşhur amerikalı astrofizik Hubert Reveesin fikirləri Yer kürəsinin üzləşdiyi təbəddülatlar fonunda xeyli aktual səslənir. Dünyanın ən soyuq ölkələrindən biri - Kanada qaynayır, istidən yüzlərlə insan həyatını itirib.

Karbohidrogenlərdən böyük həcmdə istifadə, havaya buraxılan qazların və digər sənaye tullantılarının artması qlobal istiləşməni Yer kürəsi üçün təhdid halına gətirir.

Ötən həftə daha bir ekosid diqqət mərkəzinə gəldi. Mənbəyini Ermənistan ərazisindən götürən və Araza tökülən Oxçuçayı ermənilərin katastrofik dərəcədə çirkləndirdiyi məlum oldu. Əslində, ermənilərin Azərbaycan ərazisinə axan çayları çirkləndirməsi yeni fakt deyil, ancaq bu fakt sənaye tullantılarının böyük həcmdə axıdılması ilə baş verən, ələlxüsus da adətən ekoloji standartları ilə etalon kimi qəbul olunan ölkəyə - Almaniyaya məxsus şirkətin iştirakı ilə baş verən ekoloji terror hadisəsi idi.

Bu arada bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.

Və əlavə olaraq: ETSN meşələrin mühafizəsinin polisə və özəl mühafizə təşkilatlarına verilməsini təklif edib.

Nefti unudaq

Karbohidrogen ehtiyatlarının ömrünü başa vurduğu, təxminən 48-50 il sonra neft və qazın tükənəcəyi bildirilir. Biz də nefti unutmalıyıq. Ötən həftə təməli qoyulan Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafını əhəmiyyətli dərəcədə təşviq edə bilər.

Bu gün dünyanın 130 ölkəsində 4000-dək belə zona var və onların qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Ələt də beynəlxalq tranzit imkanlarına görə perspektivlidir.

Cavab atəşi

Kim bilir, bəlkə koronavirus və onun törəmələri də təbiətə elan etdiyimiz müharibənin cavabıdır.

Virusun mutasiyaya uğramış "Delta" variantı ilə yenicə tanış olurduq ki, "Lambda" bizi salamlayır.

BMT-nin baş katibi isə deyib ki, koronavirus peyvəndləri virus mutasiyalarına görə təsirini itirə bilər.

Vaksinin ədalətsiz bölgüsü isə artıq adi qarşılanır. Hazırda koronavirusa qarşı peyvəndlərin 77%-i dünyanın yalnız 10 ölkəsində istifadə edilir. Bəzi ölkələr vaxtı ötməkdə olan peyvəndə malik olduğu halda, bəziləri onun bir ampulasını da görməyiblər.

Sülhün dumanlı gələcəyi

Dünya sülhü səmimi baxışlarla axtarmayana qədər gələcək daha dumanlı ola bilər.

Ötən həftə İran bildirdi ki, nüvə obyektlərindən məlumatları bundan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim etməyəcək. ABŞ Prezidenti Co Bayden isə İranın nüvə silahına malik olmasına imkan verməyəcəyini açıqlayıb.

Niyəsə ABŞ-a olar, amma İrana yox.

Bu arada hazırda Hindistan Çin sərhədinə ordu yığır: sərhəddə təxminən 200 min hindistanlı hərbi personal cəmlənib, bu da keçən ilə nisbətən 40% çoxdur.

Minasız gələcək

Ermənistan da bizim bölgədə təhdiddir. Müharibədən sonra kəskin dəyişiklik gözləməsək də, "dəmir yumruğ"un reabilitasiya faydası görünür: Paşinyana səs verməklə ermənilər revanşistləri dəstəkləmədiklərini göstərdilər.

Nəhayət, Yerevan axına qarşı üzməyi dayandırmalı, bölgədə sülhə doğru gedən yolu minalamamalıdır. Rəsmi Bakı israrla sülh çağırışları edir. Ötən həftə erməni diversantlara Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi cəza da bu yanaşmanın davamıdır.

Bu arada Azərbaycan 15 ermənini geri qaytardı və Füzuli və Zəngilanın mina xəritələrini aldı.

Yaxşı qonşu, uzaq qohum

"Dişin ağrıyır, çək qurtar, qonşun pisdir, köç qurtar". Bu təşəbbüs ölkələrə dövlətlərə şamil oluna bilmir, çünki vətəni də götürüb dünyanın harasına istəyirsən köçə bilməzsən.

Revanşistlərin bayraqdarı Köçəryan seçkidən sonra isterik vəziyyətdədir. Seçkilərdə xərclədiyi milyonları geri qaytarmağa çalışır. Ermənistan mətbuatının məlumatına görə, Köçəryan və oğulları seçki qərargahlarının rəhbərlərini və adamlarını seçiciləri ələ almaq naminə rüşvət kimi xərclənən pulları qaytarmaları üçün evlərini, maşınlarını satmağa məcbur edir.

Roberti yaman aldadıblar. Bu üsuldan 15-20 il əvvəl Sumqayıtlı sahibkar Sabir Tarıverdiyev parlament seçkisində istifadə edirdi: məhəllələrdə seçicilərinə kartof-soğan, pomidor paylayırdı. Camaat da alıb, canına dua oxuyurdu, ancaq seçki qutusuna yaxınlaşanda artıq kartof-soğan qurtarmışdı. Köçəryanı öz iş adamımızla müqayisə etmək fikrində deyilik, ancaq vaxtilə prezident olmuş adam belə avantüraya inanacaq qədər sadəlövhdürsə, Ermənistanın bəxti hər halda, indi gətirib.

Unikal "iş adamı"

Bu "iş adamı" isə daha unikaldır. Özünü "Azərsu" əməkdaşı kimi təqdim edib, abonentlərdən pul tələb edən şəxsdən söhbət gedir. Gəl ki, işbazın "success story"-sini əlindən düşən qovluğu ifşa edib.

Hadisə belə vaqe olub: "Azərsu" ASC-nin çilingəri ərazidə olarkən təsadüfən kimliyi müəyyənləşdirilməyən həmin şəxsin abonentlərin birindən sayğac quraşdırmaq adı ilə pul tələb etdiyinin şahidi olub və ondan vəsiqə tələb edib. Saxta əməlinin üstünün açıldığını görən həmin şəxs ərazidən uzaqlaşmağa cəhd göstərib və bu zaman əlindəki qovluğu yerə ataraq qaçıb. Vətəndaşlara özünü Səbuhi kimi təqdim edən şəxsə məxsus qovluqda ad və soyad qeyd olunmayan saxta vəsiqə, "Azərsu" ASC, "Azərişıq" ASC və "Azəriqaz" İB-nin bildirişləri, 2 ədəd qeyd kitabı, abonentlərdən sayğac quraşdırılmasından imtinaya dair ərizələr və müxtəlif siyahılar aşkarlanıb.

Kişi əməlli-başlı baş işlədib, startup layihə icra edirmiş. Beləsini buraxasan, gedə Köçəryanın növbəti seçki qərargahını idarə edə.

Xəbər lenti
0