11:19 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
YAZARLAR
Qısa URL
102 0 0

Qeyd edək ki, daha əvvəl R.Məcid təşkilatda gənclər üzrə katib, E.Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin rəhbəri vəzifəsində çalışıb. S.Aruz isə Güney Azərbaycan komissiyasının sədri olub

BAKI, 1 iyul — Sputnik. Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatları olub. Sputnik Azərbaycan xəbər verir ki, Rəşad Məcid AYB sədrinin müavini, Elçin HüseynbəyliSəlim Babullaoğlu birliyin katibləri təyin olunublar. Bundan əlavə, Sayman Aruz AYB sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, daha əvvəl R.Məcid təşkilatda gənclər üzrə katib, E.Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin rəhbəri vəzifəsində çalışıb. S.Aruz isə Güney Azərbaycan komissiyasının sədri olub.

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlandırılıb. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşıb, öz ətrafına gənc ədəbi qüvvələri toplayıb. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradılıb, ədəbi dərnəkləri öz ətrafında birləşdirib. "Qızıl qələmlər" cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirir. "Maarif və mədəniyyət" jurnalında (indiki "Azərbaycan" jurnalında), "Kommunist" və "Gənc işçi" qəzetlərində müntəzəm verilən ədəbi materiallar, "Qızıl qələmlər", "Oktyabr alovları" almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.

1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alınıb. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yaranıb. ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilati tədbirlər görülüb və Azərbaycan Yazıçılar İttifaqı yaradılıb.

Əsas mövzular