Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İkinci Dünya müharibəsi ilə bağlı mif və əfsanələr

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidСтрой "кубинский бриллиант" из истребителей МиГ-29 и Су-30СМ пилотажных групп "Русские витязи" и "Стрижи" во время генеральной репетиции парада в честь 76-й годовщины Победы в Великой Отечественной войне в Москве
Строй кубинский бриллиант из истребителей МиГ-29 и Су-30СМ пилотажных групп Русские витязи и Стрижи во время генеральной репетиции парада в честь 76-й годовщины Победы в Великой Отечественной войне в Москве - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Ştaynmayer deyib ki, yalnız indiki zamanda keçmişin izlərini oxumağı öyrənmişlər gələcəyə töhfə verə biləcək, o gələcəyə ki, müharibələrdən qaçınır, tiraniyanı inkar edir və sülh şəraitində birgə yaşamağı təmin edir.

İkinci Dünya müharibəsində hərbi əməliyyatlar bir çox yerlərdə cərəyan edib, bu müharibədə planetin müxtəlif bölgələrində çoxsaylı böyük döyüşlər və görkəmli sərkərdələr olub. Amma yenə də, məhz Qızıl Ordu Hitler Almaniyasının silahlı qüvvələrini bütün müttəfiqlərdən sayca üç dəfə daha çox "üyüdüb" və bununla da alman və yapon militarizmi üzərində qələbəyə əsas töhfəsini verib.

1945-ci ildə əldə olunan qələbə çoxmillətli və vahid sovet xalqının böyük şücaətinin nəticəsidir və onu Qərbdə təhrif etmək və ya postsovet məkanında parçalayaraq "milli ünvanlara" daşımaq mümkün deyil.

İkinci Dünya müharibəsi 1 sentyabr 1939-cu ildən 2 sentyabr 1945-ci ilədək davam edib. Bu müharibədə əhalisinin ümumi sayı 1,7 milyard nəfər olan 57 ölkə iştirak edib. Amma yenə də müharibənin taleyi 22 iyun 1941-ci ildə - faşist Almaniyası SSRİ-yə hücum etdiyi gün müəyyən olunmuşdu.

İkinci Dünya müharibəsi müxtəlif ölkələrdə 55 milyon insanın həyatına son qoyub. Sovet İttifaqı 27 milyo nəfərə qədər qurban verib ki (tarixçilər dəqiq rəqəmləri müəyyən edə bilməyiblər), onların da əksəriyyəti dinc əhali olub.

Qızıl Ordunun geri dönməyən itkiləri (Rusiya baş qərargahının məlumatlarına görə) təqribən 12 milyon nəfər, o cümlədən 6 mln. 885 min nəfər həlak olan, 4 mln. 559 min nəfər itkin və əsir təşkil edib. Bu, müttəfiqlərin itkiləri ilə müqayisəyə gəlməyən itkilər sübut edir ki, Sovet xalqı Hitler ekspansiyasının daha qətiyyətli və barışmaz rəqibi olub. "Şərq cəbhəsi" İkinci Dünya müharibəsində hadisələrin baş verdiyi əsas arena olub.

Həlledici məqamlar ABŞ-İngiltərə qoşunlarının Normandiyaya çıxışı və ya Ardenn əməliyyatı deyil, Moskva, Stalinqrad və Kursk vuruşmaları olub. Alman tarixçilərinin hesablamalarına görə, İkinci Dünya müharibəsində 5,2 mln alman əsgəri və 1,2 mln. Nıfır dinc sakin həlak olub. Həlak olmuş hərbi qullquçuların və dinc əhalinin sayında əksinə tənasüb onunla izah olunur ki, Qızıl ordu əsirlərin və Almaniya və Yaponiya dinc əhalisinin sistemli şəkildə qula çevrilməsi və məhv edilməsi ilə deyil (almanların Şrqi Avropada, yaponların isə Çində etdiyi kimi), Avropanın faşizmdən azad edilməsi ilə məşğul olub.

ABŞ və Yaponiyanın Sakit okean regionunda itkiləri də müqayisəyə gəlmir. İkinci Dünya müharibəsində Birləşmiş Ştatlardan cəmi 248 min nərəf hərbi qullquçu həlak olub. Bu, 2020-2021-ci illərdə koronavirus pandemiyasından ölən amerikalıların sayından iki dəfə azdır. Yaponiya isə bir neçə il ərsində 467 min nəfər itirib – bu rəqəm SSRİ-nin Polşanın azad olunması zamanı verdiyi itkilərlə müqayisəyə gəlmir – 477 min hərbi qullquçu.

Son 75 ildə yaponiyalıların təzadlı şəkildə "özünün" İkinci Dünya müharibəsi tarixi meydana çıxıb ki, burada da onlar özlərini təcavüzkar qismində deyil, yaranmış şəraitin və dostluğa sığmayan qonşuluğun "qurbanı" kimi görürlər.

Məktəb dərsliklərindən Xalxin-qol döyüşü, üç Sovet cəbhəsinin kvantun ordusuna qarşı Mancuriya hücum əməliyyatı itib. Düzdür, bu tarixi məlumatlar Monqolustan dərsliklərindən də itib.

MDB məkanının korroziyası

Bəzi keçmiş Sovet respublikaları – Ukrayna, Latviya, Litva məxməri millətçilik yolu ilə gedərək "öz" tarixlərini yenidən yazıblar.

Müharibənin əsl qəhrəmanlarını kollaborasionistlər, banderaçılar, "meşə qardaşları" – yəni işğalçılara qullqu edənlər, öz xalqının qanını tıkənlər, Belarus, Ukrayna və Polşa kəndlərini yandıranlar gəlib.

Litvada hər il millətçilik ruhunda təntənəli tədbirlər keçirilir: Xolokost iştirakçısı Yonas Misünasa həsr olunmuş "Yaşıl İblisinizi ilə" adlı yürüşdə 2000-ə qədər insan iştirak edir. Estoniyada hər il estoniyalı "SS"çilərin – 1944-cü ilin iyulunda Qızıl ordu tərəfindən məhv edilmiş Waffen SS 20-ci qumbaratan diviziyası legionerlərinin xatirəsi yad olunur.

Latviyada da elə bu qaydada Waffen SS 15-ci və 19-cu diviziyalarının legionerləri qəhrəmanlıq səviyyəsinə qaldırılır və onlar "latış xalqının və dövlətinin fəxri"adlandırılır. Belə ki, Waffen SS latviya diviziyaları döyüşçülərinin şərəfinə Riqanın mərkəzində keçirilən yürüşlər artıq respublikanın ictimai-siyasi həyatının bir hissəsinə çüvrilib (Nürnberq hərbi tribunalının qərarı ilə SS-in cinayətkar təşkilat adlandırılmasına rəğmən).

Neonasist əhvali-ruhiyyəsi Ukraynada da qızışdırılır. Ali Rada Stepan Banderanın – Ukrayna milliyyətçi hərakatının (UMH) liderinin ad gününü bayram günü elan edib. Ukrayna üsyançı ordusunun (UÜO) yarandığı gün isə (14 oktyabr) Ukrayna müdafiəçiləri günü kimi qeyd olunur. Dekommunizasiya adı altında SSRİ-nin qəhrəman keçmişi və sovet xalqının ümumi tarixinə qarşı müharibə başlanıb. Beləliklə, Kiyevdə faşizmdən xilaskarlar və işğalçılar, öz xalqının cəlladları arasında bərabərlik işarəsi qoyulur, ardınca da başlarda fikirlər tamamilə qarışır.

Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski "tarixi" bir bəyanat verib: Polşanın Osvensim şəhərindəki konsentrasiya düşərgəsi 100-cü Lvov diviziyası tərəfindən, yəni "ukraynalılar" tərəfindən azad olunub. Ümumiyyətlə Avropanı faşizmdən də "Ukrayna cəbhələri" azad edib.

Osvensim məsələsinə hələ qayıdacağıq. Bir qədər əvvəl Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib (Almaniyanın ARD kanalına müsahibəsində) ki, Rusiya İkinci Dünya müharibəsinin tarixini "yenidən yazmağa çalışır": "Rusiyanın Ukraynaya qarşı təcavüzü dünya düzəninə və Avropadakı düzənə qarşı hücumdur. Biz hamımız SSRİ-nin Almaniya və Ukraynaya sozulmasını xatırlayırıq. Biz buna yol verməməliyik".

Təəssüf ki, Belarus respublikasında da yüksək səviyyədə hərdən Böyük Vətən müharibəsi "bizim deyil" kimi ifadələr səslənir, halbuki, SSRİ-nin tərkibində məhz bu respublika ən qəhrəman və partizan respublika olub.

Xalqların müqəddəs xatirəsini qoruyaraq Rusiyanın müdafiə naziri bir qədər əvvəl MDB ölkələrindəki həmkarlarını keçmiş SSRİ xalqlarının birgə hərbi tarixini yenidən yazmağa, Böyük Vətən müharibəsi hadisələrini təhrif etməyə, qalibləri məğlub kimi göstərməyə çalışanlara qarşı durmağa çağırıb.

Qərb vektoru

Almaniyanın federal prezidenti Frank-Valter Ştaynmayer ötən həftə Berlində 80 il əvvəl Almaniyanın Sovet İttifaqına hücumu barədə nitqlə çıxış edib. Ştaynmayer Almaniyanı İkinci Dünya müharibəsi dövründə Avropanın şərqində törədilmiş cinayətləri yaddan çıxarmamağa çağırıb. O deyib: "Cinayətkar təcavüzkar müharibə vermaxtın formasını geyib. Vermaxtın əsgərləri də vəhşiliklərdə iştirak ediblər".

Ardınca o "alman barbarlığını" təcəssüm etdirən yerlərin adlarını sadalayıb: "Minsk ətrafında 1942-1944-cü illərdə ən azı 60 000 insan öldürüldüyü Malı Trostenes və ya Qızıl ordunun milyondan çox insanın öldürüldüyünü aşkar etdiyi Rjev adlı yerləri Almaniyada kim tanıyır?".

Bu, hörmətə layiq mövqedir. Həm də ona görə ki, Qərbdə başqa cür tarixi məlumatlar yayılır. Məsələn, yanvar ayında Almaniyanın Der Spiegel jurnalı "Auşvits-Birkenau" (Osvensim) konsentrasiya düşərgəsinin amerikalılar tərəfindən azad olunması barədə dezinformasiya yayıb. Tənqid atəşindən sonra məcmuə bildirib ki, "səhvə" yol verilib, məqaləyə düzəliş olunub. Axı həmin düşərgə 27 yanvar 1945-ci ildə Qızıl ordu tərəfindən azad edilib.

Bu cür səhvlərin sistematik xarakter daşıdığını görmək olar. Bir müddət əvvəl Polşa xarici işlər naziri Qjeqoj Sxetına ölkə radiosunun efirində bildirib ki, ən iri nasist konsentrasiya düşərgəsi olan Osvensim ukraynalılar tərəfindən azad olunub.

Tarixçilərin beynəlxalq konfranslarından birində ABŞ-dan olan professor xanım İkinci Dünya müharibəsinin sonunun amerikan versiyasını açıqlayıb: general Duayt Eyzenhauer Berlini ələ keçirə bilərmiş, lakin "Stalinlə dalaşmamaq üçün" bunu etməyib. Bundan sonra zalda doğan gülüş səslərinə isə bu cür reaksiya verib: "Mən həmin hadisələrin tarixini bilirəm. Lakin bizim dərsliklərdə məhz bu cür yazılıb".

Qərbdə mütəmadi olaraq miflər, hadisələrin yeni izahını və İkinci Dünya müharibəsi barədə olmayan şeylər uydururlar ki, SSRİ və Qızıl ordunun alman faşizmi və yapon militarizmi üzərindəki qələbədə rolunu azaltsınlar. Hətta Sovet İttifaqını Almaniya ilə bir sıraya da qoymağa çalışırlar, amma rəqəmlər və faktlar çox inadkardır.

Hitlerin 21 nömrəli dekabr 1940-cı il tarixli direktivi ilə təsdiq olunmuş Almaniyanın SSRİ-yə hücum planı müharibə başa çatandan dərhal sonra açıqlanıb və onun həqiqiliyi heç kimdə şübhə doğurmur. Jitlerin qəfləti hücumunun "SSRİ tərəfindən hazırlanan hücumun qarşısının alınması üçün qabaqlayıcı zərbə" olması heç bir tarixi sənədlə sübut olunmur.

1941-ci ildə Hitlerin planları və niyyətləri son dərəcə aşkar idi: "Bütün dövlətin tam darmadağın edilməsi", "məhv etmək üçün müharibə". O Sovet İttifaqını "təbii düşmən" gözündə görürdü və onu məhv edərək əhalini əsarətə almağı və böyük iqtisadi ehtiyatları ələ kemirmək istəyirdi. Almaniya və müttəfiq ölkələrin 3,5 mln. Nəfər əsgəri 1945-ci ilin iyununda uzunluğu 2900 km olan cəbhə xətti boyu hücuma keçiblər. Alman ordusunun 80%-i, o cümlədən 3400 tank və 2700 təyyarə Şərqdə cəmləşmişdi. Amma buna baxmayaraq, "şərq kampaniyası" İkinci düya müharibəsinin Almaniya üçün gözlənilməz nəticəsini müəyyən edib.

Bir çox alman əsgər və zabitləri artıq 1941-ci ildə Sovet İttifaqı ilə müharibədə məğlubiyyətin qaçılmaz olduğunu dərk ediblər və müttəfiqlərin SSRİ-yə "həlledici yardımının" heç nəyə dəxli yoxdur.

Bütün müharibə boyu Almaniya və müttəfiqlərinin əsas qüvvələri "Şərq cəbhəsində" cəm olmuşdu: Sovet qoşunlarına qarşı faşistlərin inlandiya, Macarıstan, Rumıniya, İtaliya, Slovakiya və İspaniyadakı 286 ən döyüş qabiliyyətli diviziyasından 190-ı Sovet qoşunlarına qarşı vuruşurdu. Müqayisə üçün deyək ki, ABŞ-İngiltərə qüvvələrinə Şimali Afrikada 9-dan 20-yə, İtaiyada 7-dən 26-ya, Qrbi Avropada isə (Normandiya əməliyyatının başlanması ilə) 56-dan 75-ə qədər diviziya vuruşub. Buna baxmayaraq Qızıl ordu tam və ya qismən əhalisi 113 mln nəfər təşkil edən Rumıniya, Polşa, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Macarıstan, Avstriya və Almaniyanı azad edib.

"Xilasedici" lend-liz haqqında daha bir Qərb mifi isə ABŞ və İngiltərənin silah və texnikası olmadan SSRİ-nin Almaniyaya qalib gəlməsinin mümkün ola bilməyəcəyindən danışır. Lakin müharibə nəticələrinə görə məlum olu rki, Qızıl ordunun ancaq hər on tankından biri idxal edilmiş tank olub (ümumilikdə ABŞ-dan 7000-ə qədər, İngiltərədən 5100-ə qədər tank alınıb). Həm də üharibənin ən ağır günlərində, 1941-ci ildə müttəfiqlər SSRİ-yə 4500 tank çatdırmağa söz verdikləri halda, cəmi 466 zirehli maşın veriblər. 1941-ci ildə SSRİ İngiltərədən cəmi 11 "Aerokobra" qırıcı təyyarəsi alıb. Müqayisə üçün deyək ki, sovet sənayesi 1941-ci ilin iyunun 22-dən dekabrın 31-dək Qızıl orduya 5400 tank və 8200 döyüş təyyarəsi təhvil verib. Bu cür nümunələri başqa məhsullara dair də gətirmək olar.

Yaddan çıxarmaq olmaz ki, ABŞ-da lend-liz haqqında qanun 1941-ci ildə öz milli təhlükəsizliyini təmin olunması məqsədi ilə qəbul olunub.

SSRİ-dən başqa bu proqramın bütün iştirakçılarının borcu bağışlanıb. Müharibədən sonra onilliklər ərzində SSRİ və Rusiya Federasiyası lend-liz üzrə idxal edilmiş məhsulların pulunu - 1,3 mlrd. dollar və illik 2,3% vəsaiti ödəyiblər. Kredit tam olaraq 2006-cı ildə bağlanıb.

Təbii ki, tarixi yaddaşın mənası hazırkı və gələcək nəsillərin "yad günah" və yad kreditləri ilə yüklənməsi deyil, həmin keçmişin hazırda necə işlədiyini və gələcəkdə necə olacağını anlamaqdır. Ştaynmayer isə belə deyib: "Yalnız indiki zamanda keçmişin izlərini oxumağı öyrənmişlər gələcəyə töhfə verə biləcək, o gələcəyə ki müharibələrdən qaçınır, tiraniyanı inkar edir və sülh şəraitində birgə yaşamağı təmin edir".

Xəbər lenti
0