Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Unudulmaz və fədakar yazıçımız: itkisiylə tez barışdıq...

© Sputnik / Ilham MustafayevNaftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)
Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)  - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
O, ədəbiyyatda qovğaların, çəkişmələrin, nəsillərarası savaşın tərəfdarı deyildi, yaşlı nəsillə aramızda xoş münasibət olmasına çalışırdı, öz uğursuzluqlarına görə bu münasibətləri korlayanlardan fərqli olaraq, barışdırıcı mövqe sərgiləyirdi.

Azər Abdullanın ruhuna dərin ehtiramla...

Novruz bayramının ilk günlərində yazıçı, publisist, ədəbiyyatımızın yorulmaz cəfakeşi Azər Abdullanı itirdik. İllərdir ədəbiyyatımıza yorulmadan xidmət edən, böyük ürəkli, gözəl xarakterli yazıçımız koronavirus ilə mübarizədə məğlub oldu. Azər Abdulla ömrünü ədəbiyyata həsr edən, mədəniyyətimizə giley-güzarsız, minnətsiz xidmət edən nadir insanlardan idi.

Kifayət qədər sanballı yaradıcılığına rəğmən, nə şöhrət, nə imtiyaz, nə təltif gözlədi. Nə gördüyü işləri, nə yaradıcılığını reklam etdi. Doğru və vacib hesab etdiyi işlərlə məşğul oldu və zamanı gəlincə, ömür müddəti başa çatınca haqqa yürüdü...

© Photo : Kulis.azYazıçı Azər Abdulla
Unudulmaz və fədakar yazıçımız: itkisiylə tez barışdıq... - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Yazıçı Azər Abdulla

Gördüyü işləri də sakit-səssiz, pafossuz, təmənnasız görürdü. Azər Abdulla ədəbi gündəmdə qalmaq üçün min oyundan çıxanlardan fərqli olaraq, yazdığının da, gördüyü işin də fərqində olan ağırtaxtalı, təmkinli adam idi. Həmişə yazırdı, yaradırdı və yazdıqlarını da yaxşı yazırdı. Onun ölümü də səssiz-küysüz oldu. Onsuz da susqunluq içində olan ədəbi mühitimiz Azər Abdulla itkisini də sakit qarşıladı. Saytlarda bir-iki cümlə xəbər, bəzi qələm adamlarının yazıları gözümə dəydi, onlar da bayram təlaşının, pandemiya xofunun, iyrənc gündəmin fonunda itib getdi.

Azər Abdulla kimi bir yazıçını itirib, itkisiylə də çox tez barışdıq. Təbii ki, Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət Nazirliyinin xüsusilə nüfuzlu yazıçıların və qələm adamlarının laqeydliyi şəxsən mənə pis təsir etdi.

***

Морг, фото из архива  - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Gənc yazıçı aclıqdan öldü

Bizi ortaq dostumuz Xanəmir tanış etmişdi. ATV-də çalışdığımız dönəmlərdə Xanəmirlə birlikdə “Azərbaycan” nəşriyyatının kafesinə tez-tez baş çəkirdik. Azər müəllimlə də təxminən on il öncə, məhz nəşriyyatın kafesində tanış olmuşduq. Təmkinli və sakit xarakterli, məlumatlı adam idi. Söhbətlərimizdən anladım ki, ədəbi mühiti yaxşı tanıyır, yaşıdlarından fərqli olaraq gənc imzaları diqqətlə izləyir.

Təxminən 2013-cü ildə, "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin Rəsul Rza haqqında xüsusi əlavəsini hazırlayanda məndən yazı istədi. O zamanlar Azərbaycan Yazıçılar Birliyinə müxalif hesab olunan gənc yazardan – məndən bunu istəməsini çox qəribə qarşılamışdım. Rəsul Rza yaradıcılığına dərindən bələd olmasam da, onun haqda yazılan əksər kitabları oxumuşdum. Azər müəllim bir neçə dəfə zəng edib xatırlatdıqdan sonra Rəsul Rza yaradıcılığını daha diqqətlə oxudum, onun gənc istedadlara qayğısı haqda bir yazı yazdım. Çox sonradan anladım ki, bu jestin əsas səbəbi Azər Abdullanın nəsillər arasında körpü salmaq cəhdidir. Bəli, Azər Abdulla barışdırıcı mövqeyi ilə seçilirdi. O, ədəbiyyatda qovğaların, çəkişmələrin, nəsillərarası savaşın tərəfdarı deyildi, yaşlı nəsillə aramızda xoş münasibət olmasına çalışırdı, öz uğursuzluqlarına görə bu münasibətləri korlayanlardan fərqli olaraq, barışdırıcı mövqe sərgiləyirdi.

***

Oxucu kimi yazıçı Azər Abdullanı illər öncə oxuduğum “Qəmərlidən keçən qatar” hekayəsi ilə kəşf etmişdim. Onun bənzəriz ifadə tərzi diqqətimi çəkdiyi üçün mətbuatda çap olunan hekayələrini həvəslə oxuyurdum. Onun publisistikası da olduqca maraqlı idi. Qarşıma çıxan müsahibələrini, yazılarını həvəslə oxuyurdum. Azər Abdulla sözün əsl mənasında yaxşı yazıçı idi. O, eyni zamanda ədəbiyyatşünaslığımıza "Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası ilə öz töhfəsini vermişdi.

Düşünürəm ki, Azər Abdullanın ölümü ədəbiyyatımız üçün ciddi itkidir. Çünki onun gördüyü təmənnasız işləri kiminsə görəcəyinə, hətta bu qarışıq zəmanədə kiminsə o işlər barədə düşünəcəyinə inanmıram.

***

Eminquey Akif - Sputnik Azərbaycan, 1920, 27.03.2021
MƏDƏNİYYƏT
Eminquey: "Hansısa ədibə il elan etmək büdcədən pul silməkdən başqa bir şey deyil"

Bu günlərdə xalq şairlərindən birinin latış şairi və tərcüməçisi Uldis Berzinş haqda xatirə yazısını oxudum. Bilmirəm, niyəsə ürəyimdən keçdi ki, kaş bizim gündəmi işğal edən qələm adamları Azər Abdullanı, o mərd, xarakterli, zəhmətkeş kişini də xatırlayaydılar. Hər halda kimlərisə qınamaq, kiməsə tənə vurmaq fikirindən uzağam. Sadəcə, ədəbiyyat adamlarının laqeyd, unutqan olması mənə həmişə pis təsir edib.

İnanıram ki, gələcək nəsillər bu gözəl insanı, zəhmətkeş yazıçımızı unutmayacaqlar. Onun gördüyü işlər, yaradıcılığı və xatirəsi xatırlanmağa, örnək götürülməyə layiqdir.

Ruhuna sayğılar, gözəl insan!

Xəbər lenti
0