18:34 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
21120

Möcüzə” təklifləri nə bir xəstəliyi müalicə edə, nə də hər hansı bir şüalanmanın qarşısına ala bilər. Fırıldaqdan qorunmağın yolu elə ehtiyatlı davranışdan keçir

BAKI, 27 iyun — Sputnik. Koronavirus dövrü və bununla bağlı yaranan karantin şəraiti dünyanın hər yerində fırıldaqçıların meydanını genişləndirb. İnformasiya mühitində yayılan hər feyk xəbər yeni bir fırıldaq mexanizminin yaranmasına şərait yaradır.

Guya qurğu 5G şüalanmasından qorumaq iqtidarındadır

 Koronavirusla 5G şəbəkəsinin bağlılığından sosial şəbəkədə və dünyanın ən nüfuzlu mətbuat orqanlarında çox yazıblar. Bu 5G insanları qorxuya salıb, onlarda müəyyən kompleksləri formalaşdırıb. Nəticədə Niderland, Polşa, Böyük Britaniyada onlarla yeni qurulan 5G qülləsi yandılırıb. Bir sıra konspiroloqların fikrincə, bu şəbəkə koronavirusun yayılmasına kömək etməlidir. Hələlik 5G şəbəkəsi böyük mənada aktiv olmasa da, yeni texnologiyanın əleyhdarları bu faktoru nəzərə almayıblar. Yəni doğru olsa belə, koronavirusu bu gün yaymaq üçün bu şəbəkədən hələlik istifadə etmək mümkünsüzdür. 5G-nin dünya üzrə yayılması və tətbiqi 2020-ci ilə nəzərdə tutulmuşdu. Koronavirus pandemiyası bu planları pozdu, yəni nəinki 5G-nin vasitəsilə virusu yaymaq mümkün oldu, həm də bu texnologiyanın tətbiqi xeyli ləngidi.

Amma bunlar qorxuya düşmüş insanlar üçün heç bir əhəmiyyət təşkil etmir. Ayrı-ayrı fərdlər bu “dəhşətli” 5G-dən necə qorunmağın yoluna arayırlar. Fırıldaqçılar da bundan məharətlə yararlanırlar. Böyük Britaniyada artıq 5G-dən “qoruyan” xüsusi fleş kartlar da hazırlanıb. İstehsalçılar bu fleş kartı 350-400 ABŞ dollarına təklif edirlər. Alan da tapılır. Guya burada “holloqrafik kvant katalizator”u texnologiyasından istifadə edilib və qurğu 5G şüalanmasından qorumaq iqtidarındadır.

 “Pen Test Partners” şirkətinin araşdırması bu fleş kartın Çində istehsal edilmiş adi qurğu olduğunu, heç bir gücə malik olmadığını təyin edib. Həcmi 128 meqabayt, qiyməti isə 6 dollar olan fleş kartı istənilən dükandan almaq olar. Fırıldaqçılar malı qiymətə mindirmək üçün üzərinə xüsusi holoqram işarə həkk ediblər.

Bu cür müdafiə qurğusunu elə  “Huawei” səviyyəli şirkət yaratmalıdır

5G şəbəkəsindən böyük bir elektromaqnit dalğası gəldiyini belə qəbul etməli olsaq, onun qarşısını adi bir fleş kartla almaq mümkünsüzdür. Bu, ən azı hər-hansı bir ciddi cihaz olmalıdır. Amma insanlar nədənsə aldanmağa meyllidirlər. Böyük Britaniyanın Qlastonberri şəhərinin 5G üzrə ekspert şurasının üzvü Toni Holl bu fleş kartın təsirli bir vasitə olduğunu iddia edir. O, bu qurğunu aldıqdan sonra daha rahat yatdığını və yaxşı yuxular gördüyünü bildirib. Hollun fikrincə, qurğunun yaradıcıları Qlastonberri şəhərini 5G-dən qoruya biləcək bir sistem yarada biləcəklər.

 Nə qədər gülməli görünsə də, belə fikirlər internetdə yayılaraq yaşamağa davam edir. 5G şəbəkəsi elə-belə fəaliyyət göstərə bilməz. Onun normal işləməsi üçün xüsusi avadanlıq, olduqca güclü qüllələr quraşdırılmalıdır. Bu prosesdə Çinin “Huawei” şirkəti dünya üzrə lider mövqedədir. ABŞ-Çin qarşıdurması, ticarət müharibəsi və şirkətə qarşı tətbiq etdiyi sanksiyalar 5G-nin yayılmasının qarşısını alır. Hətta bu ilin yanvarında Britaniya xüsusi xidmət orqanlarının baş nazir Boris Consona təqdim etdiyi hesabatda Çin şirkəti ilə əməkdaşlığı bərpa etmək təklif olunub. Bu baş verməsə, 5G şəbəkəsinin yaradılması illərlə uzana bilər.

 Böyük Britaniya öz gücü ilə bu qüllələri quraşdırmaqda çətinlik çəkdiyini açıqlayır. Belə olan halda hansısa bir fleş kartın köməyi ilə belə bir güclü texnologiyanı təsirsizləşdirmək olarmı? Əlbəttə, yox. Bu cür müdafiə qurğusunu elə “Huawei” səviyyəli şirkət yaratmalıdır. Amma düşünmək qabiliyyətini itirən insanlara bunu izah etmək çətindir. Fırıldaqçılar isə məharətlə bu qorxuların üzərində biznes qururlar.

Fırıldaqçıların təsirinə düşən insanlar nədənsə bu “müdafiə kremindən” alırlar

Rusiyada isə fırıldaqçılar 5G şəbəkəsindən qorunmaq üçün xüsusi krem təklif ediblər. Guya bu krem 5G “şüalanmasından” insanı müdafiə edə bilər. Müştərilərə nəinki krem, həm də müxtəlif yağ və losyonlar da təklif edilib, uşaq və böyükləri 5G-nin ziyanlı təsirindən qoruya biləcək vasitələrin Kanadada istehsal edildiyi bildirilib. Bu vasitələrin hətta 5G şüalarını geri qaytardığı da iddia edilir. Hər-hansı bir kremin və ya mayenin elektromaqnit dalğasını neytrallaşdırmaq imkanı olsaydı, bu qədər müdafiə kostyumuna nə ehtiyac duyulardı? Hətta günəş şüalarından qorunmaq üçün satılan kremlərin effektli müdafiəsindən danışmaq olmur. Krem bir müddət təsirli olur, sonra yenə də çəkməlisən. Ya ağcaqanada qarşı xüsusi krem və aerozoldan istifadə edirsən, təsiri olur. Amma bir neçə saat sonra həşəratlar yenidən hücuma keçir.

 Fırıldaqçıların təsirinə düşən insanlar nədənsə bu “müdafiə kremindən” alırlar. Bəzi əldən cəld “iş adamları” hətta xüsusi tərkibi olan su satmaqla pul qazanırlar. Belə su 5G şəbəkəsinin təsirini guya neytrallaşdırır. Tilsimli amulet də təklif edən az deyil, belə “gözmuncuğu” da guya 5G-ni zərərsizləşdirirmiş.

Karantin şəraiti ilə bağlı onlayn rejimdə çalışan insanlara onlarla virtual xidmət təklif edən yüzlərlə yalançı internet mağaza da yaradılıb. Sanballı və tanınan internet platformalardan fərqli olaraq bu fırıldaq üzərində qurulmuş şəbəkələr maska, dezinfeksiya vasitələri, koronavurusa qarşı dərman preparatları, hətta virusu aşkarlaya bilən testləri də təklif edirlər. Alış-veriş etdikdən sonra müştəri nəinki sifariş etdiyi malı ala bilir, həm də bank hesabından pulların çəkildiyinin də şahidi olur.

 “Möcüzə” təklifləri hər-hansı bir şüalanmanın qarşısını ala bilməz

Azərbaycanda da koronavirus fırıldaqçıları peyda olub. “Nur Foundation” adlanan təşkilatın nümayəndələri sosial şəbəkədə müxtəlif insanlara guya yardım göstərdikləri barədə fotolar paylaşıblar. Ehtiyacı olan şəxslərə humanitar yardım məqsədilə vəsait toplamaqla məşğul olan fond hətta rəsmi sayt da yaradıb. Məqsəd isə vətəndaşlardan toplanan ianə pullarını mənimsəməkdir.

Fırıldaq sxemlərinin sayı hər böhran dövründə birə-on artır. İnsanların problemlərindən qazanc əldə etmək perspektivi fırıldaqçıları ən ağlasığmaz təklifləri tətbiq etməyə stimullaşdırır. Hər halda çox sadə qaydalara əməl etməklə bir çox problemdən uzaq durmaq olar. Nəyi bilməliyik?

 İlk növbədə fırıldaqçılardan gələn təklif olduqca şirnikləndirici olur. Hansısa xəstəlikdən möcüzəli müalicə, özünü və ailəni qorumaq üçün qurğu, hər bəladan müdafiə edən amulet, radiasiyanı azaldan krem kimi təkliflərin kökündə fırıldaq sxemi durur. Belə halda olduqca ehtiyatlı olmalı, hər-hansı pul vəsaitini deyilən hesaba köçürmək lazım deyil. Fırıldaqçıları həm də insanların şəxsi məlumatı, bank hesabı da maraqlandırır. Heç bir fərdi məlumatı  naməlum ünvana yollamaq, ianə toplayana vermək olmaz. Qarşı tərəfin məqsədi ya pul qopartmaq, ya pul əldə etmək üçün hansısa məlumatı əldə etməkdir. Bu imkanlar kəsilərsə, heç bir onlayn fırıldaqçıdan ziyan gələ bilməz. 

“Möcüzə” təklifləri nə bir xəstəliyi müalicə edə, nə də hər hansı bir şüalanmanın qarşısına ala bilər. Fırıldaqdan qorunmağın yolu elə ehtiyatlı davranışdan keçir.

Əlaqədar

Azərbaycan koronavirusla mübarizədə Gürcüstan təcrübəsini tətbiq edə bilər - Gec deyilmi
Təhlükəli qan qrupu təsdiqləndi – Koronavirusa yoluxanlar arasında onlar daha çoxdur
Koronavirus üzərində qələbənin əsas şərti açıqlandı
ÜST koronavirusla mübarizə üçün istədiyi məbləği açıqlayıb
"Koronavirusun ikinci dalğası bir sıra sahələrə sarsıdıcı zərbə vuracaq"

Əsas mövzular