CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yəhudi şagird, ala qarğa, Rəşad Sadıqov və dərə-təpə düz, iki yüz

© REUTERS / Baz RatnerВорона во время частичного солнечного затмения в Кении
Ворона во время частичного солнечного затмения в Кении  - Sputnik Azərbaycan
Abunə olmaq
Gəlin heç kimlə münasibətlərə xələl gətirməyək. Bu, təkcə, öz sağlamlığımızla bağlı məsələ deyil – indi hər birimiz həm də hamı üçün məsuliyyət daşıyırıq

BAKI, 22 iyun — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir:

Paşinyanın arzusu

Ötən həftə Avropa İttifaqı Paşinyan hakimiyyətini məyus etdi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamədə “dövlətlərin ərazi bütövlüyünün təmin olunması”nın zəruriliyi açıq mətnlə qeyd edildiyi halda, “xalqların müqəddəratını təyinetmə” hüququndan bəhs edilmir. Şübhəsiz, Ermənistanda çox məyusdurlar. 

Протесты в Армении - Sputnik Azərbaycan
SİYASƏT
"İqtisadiyyat və Sülh İnstitutu Yerevana yanlış mesaj göndərir"
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti bu məyusluğu, yəqin ki, bir qədər də artırdı. İsterik vəziyyətdə olan Paşinyan bir daha göstərdi ki, küçə ritorikası beynəlxalq konfranslar səviyyəsində işləmir, burada bilik və diplomatik səriştə tələb olunur. İrqçilikdən bəhs edən Paşinyana Azərbaycan Prezidentinin cavabı isə Valday, Aşqabad, Münhendəki diplomatik zərbələrin davamı idi. Hər belə cavabdan sonra Azərbaycan Prezidentinin ironik təbəssümü, Paşinyanın isə həyəcanı aydın sezilir. Açıq hiss olunur ki, o, belə görüşlərin olmamasını arzu edir.

Yoluxacağıq!

Bəli, bəzi mütəxəssislər koronavirusa hər birimizin yoluxacağı iə bağlı birmənanlı proqnozla çıxış edirlər. Onlar yalnız bundan sonra təhlükənin aradan qalxacağını qeyd edirlər. Hesab olunur ki, insan orqanizmi özü “öz başına çarə qılmalıdır”, immun sistemi bu virusu tanımalı və ona qarşı anticisim formalaşdırmalıdır. Ancaq buna qədər itkilər qaçılmaz olacaq.

Bəzi Cənubi Amerika və Şərq ölkələrində infeksiyanın ikinci dalğasının başlanması, Pekinin cənubunda hərbi vəziyyət elan edilməsi artıq ikinci dalğa deməkdir. Ölkəmizdə də artan rəqəmlər narahatlıq yaradır. Artıma isə əsasən hələ də koronavirusun mövcudluğuna skeptik yanaşanlar təkan verir.

Hələ də xəstəliyə inanmayanlar üçün isə sovet dövrünün məşhur lətifəsi yerinə düşür:

Şagirdlərə qışqırmaqla Allahın olduğunu inkar etmək tapşırılır. Uşaqlar icra edir, bir yəhudi isə sakit oturur.

Müəllim ona yaxınlaşıb niyə qoşulmadığını soruşur. Yəhudi şagird cavab verir: Allah yoxdursa, bizi eşitmir, varsa, münasibətləri niyə korlayaq?

Gəlin heç kimlə münasibətlərə xələl gətirməyək. Bu, təkcə, öz sağlamlığımızla bağlı məsələ deyil – indi hər birimiz həm də hamı üçün məsuliyyət daşıyırıq.

Şəlalədən korona keçməz, amma...

Представитель Всемирной организации здравоохранения (ВОЗ) в Азербайджане Ханде Харманджи  - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST-ün Azərbaycan nümayəndəsi azərbaycanlıların qınaq hədəfi oldu

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının Quba və Qusar rayonlarına səfəri zamanı şəlalə önündə çəkdirdiyi fotonu öz sosial şəbəkə hesabında paylaşması səs-küyə səbəb oldu.

Onu qınayanlar, yəqin ki, daha çox rayonlara buraxılmayan şəhər əhli idi. Düzdür, şəlalədən infeksiya keçməz, amma foto həssas məqamda paylaşıldığından qıcıq yaratdı. Hande xanım da məhz buna görə üzr istədi və... yaxşı qurtardı. Yoxsa onu da, məsələn, Afaq Bəşirqızı kimi linç edərdilər. Amma hər halda, türk qonağımız əmin oldu ki, burada ala qarğa bala çıxarmaz.

Dərə-təpə düz getdilər

Hə, rayonlara axın bu həftə də davam etdi, nəticədə Ələt istiqamətində 8 saatlıq tıxac yarandı. Daha maraqlısı isə odur ki, ötən həftələrdə torpaq yollarla məhduddiyyətləri aşan sürücülərin qarşısını almaq məqsədi ilə bu yollarda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbir olaraq qazılan quyular sürücü və sərnişinlər tərəfindən doldurulub.

Bu qədər də yox! Qaydanı pozaraq Bakıdan qaçanlar yoldakı xəndəkləri doldurdular - VİDEO>>

Gəl ki, polis də boş dayanmayıb - torpaq yolla magistral yolun birləşməsində polis əməkdaşları onları gözləyiblər və nəticədə 200 sürücü cərimələnib.

Polisin nüfuzu

Masallıda polis əməkdaşlarının sürücünü döyməsi ilə bağlı yayılan videogörüntü sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrildi. Bir müddət öncə Yasamalda baş verən hadisədə polis kobud davranışına görə vəzifəsindən azad edildi, indi isə belə... Hadisələrin ardıcıllığına və məzmununa baxdıqda polisin nüfuzdan salınmasına hesablanmış təxribat versiyası da məntiqli görünür. Bir zamanlar Qarabağda milli ordunun formalaşmadığı illərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, sonralar da dövlətmizin sabitliyi yolunda əvəzsiz xidmətlər göstərən, bu gün  - pandemiya ilə mübarizə günlərində də savaşın ön cəbhəsində yer alan Azərbaycan polisinin reputasiyasına hansısa “paqonlular”ın xələl gətirməsinə imkan verilə bilməz.

Distant təhsil dövrü

Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
ELM
Ümid etməyə dəyməz!? Sentyabr yaxınlaşır, amma hələ heç nə məlum deyil

Karantin rejiminin sərtləşdirilməsi DİM-in imtahan planlarını növbəti dəfə pozdu. Buraxılış və ali məktəblərə qəbul imtahanlarının artıq nə vaxt, hansı formada keçiriləcəyi məlum deyil.

Ümummiyətlə, təhsil yeni eraya daxil olur – distant təhsil qaçılmazdır. Sentyabrda dərslərin ənənəvi formada bərpa olunacağına əminlik yoxdur. Distant təhsilin təşkili üçün isə 3 komponent adaptiv olmalıdır: birincisi, təhsil müəssisələrinin maddi-texniki bazası, ikincisi, müəllimlərin yeni texnologiyalardan istifadə bacarıqları, üçüncüsü, şagird və tələbələrin keyfiyyətli internetə çıxış imkanları.

Təəssüf ki, heç bir komponent üzrə yeni təhsil formasına hazır deyilik. Halbuki, distant təhsil bazasının formalaşdırılması ilə universitetlərimiz dünya təhsil bazarına daxil ola, ixrac səbətimiz bir qədər də zənginləşə bilər.

Sadıqov dövrü

Azərbaycan futbolu üçün daha bir epoxa - Rəşad Sadıqovun futbolçu karyerası sona çatdı. Beynəlxalq görüşlərdə öz qapısından ən çox top keçirən millimizin kapitanının bu faktla anılmamasının, hər kəsin sevimlisinə çevrilməsinin iki ciddi səbəbi var: birincisi, o, Azərbaycan müstəqillik tarixinin ən səviyyəli futbolçularından biridir. İkincisi, xarakter! Şəxsi keyfiyyətləri ona birmənalı münasibət formalaşdırıb. Onunla bağlı bir hadisəni bu fotbolçu barədə danışarkən daim xatırlayıram: Təxminən 2005-ci ildə MDB ölkə çempionları arasında Moskvada keçirilən “Birlik” kubokunun ¼ finalında “Neftçi”nin Ermənistan çempionu “Pünik”i məğlub etməsindən sonra oteldə Rəşad “həddini aşan” erməniyə yerini göstərmiş, bir-ikisini ilişdirmişdi də. Bakıya qayıtdıqdan sonra jurnalistin bununla bağlı sualına R.Sadıqov özündən qəhrəman düzəltmədən, şou yaratmadan bu haqda danışmaq istəmədiyini, “kim olsa, erməninin cavabını verərdi” şəklində cavab vermişdi.

Xəbər lenti
0