CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbiətin revanşı, Şəki, postneft və ərəblərin şallaqdan imtina etməkliyi...

© REUTERS / Soe Zeya TunОбезьяны у машины в Лоп Бури, Таиланд
Обезьяны у машины в Лоп Бури, Таиланд  - Sputnik Azərbaycan
Abunə olmaq
Görünür, mehriban və gülərüz şəkililər xəstəlik başlayanda onu zarafat kimi qəbul ediblər, lətifə-filan qoşublar, nəticə də yaxşı olmayıb

BAKI, 27 aprel — Sputnik. 7x7 ötən hətənin ən yaddaqalan hadisələrini şərh edir

Təbiət revanş götürür

Təbiətə virtual səyahət – Baharın ilk qədəmləri Sputnik Azərbaycan-ın obyektivində  - Sputnik Azərbaycan
VİDEO
Təbiətə virtual səyahət – Baharın ilk qədəmləri Sputnik Azərbaycan-ın obyektivində

Ötən həftə dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşdı, infeksiya 200 mindən artıq insanın ölümünə səbəb oldu. Bəzi ölkələrdə vəziyyət nisbətən sabitləşsə də, bəzilərində kritik olaraq qaldı. Xüsusilə dünyanın ən qabaqcılları – Qərbi Avropa ölkələri və ABŞ pandemiyanın episentri kimi qalmaqdadır. Beləliklə, dünyanı fəth edənlər evlərindən çıxa bilmirlər...

Pandemiya maraqlı bir mənzərə də yaradıb: yəqin, bu günlərdə böyük şəhərlərin küçələrində gəzişən nadir heyvanların fotolarını görmüsünüz. Təbiət revanş götürür: insan qəfəsdə, heyvanlar azadlıqda.

...axı dünya fırlanır

Səudiyyə Ərəbistanında cinayətkarları şallaqla vurmaq cərimə və ya həbs cəzası ilə əvəz olunur. Belə bir tədbir ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlar çərçivəsində həyata keçirilir. Ötən ilin avqustunda isə bu ölkədə qadınlara səyahət etməyə imkan verən qanun qüvvəyə minib. Göründüyü kimi, dünya demokratikləşir, insan hüquqlarına daha artıq əhəmiyyət verilməyə başlanılır. İndi bütün dünya Şimali Koreya ilə (oxu: Kim Çen Inla) bağlı da maraqlı xəbərlər gözləyir.

Bütün dünyanı koronavirusla işə salmış Çin (bir tərəfdən də) koreyalı liderin səhhəti ilə məşğul olmaq üçün bu ölkəyə həkim briqadası göndərib.

Turizm potensialı vaksindirmi?

“İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rәhbәrliyi ilә turizm sahəsi üzrə bir qrup sahibkar Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib. Mәqsәd rayonun turizm potensialının tәdqiqi çərçivəsində “haykinq” kimi tanınan dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub”.

Медицинская сестра готовит шприц для прививки - Sputnik Azərbaycan
SƏHİYYƏ
Adil Qeybulla: "Vaksinasiya özü spekulyasiyadır"

Bu cümlələr İsmayıllı Rayon İcra Hakimiyyətinin saytından götürülüb. Məhz bu yürüşə - daha doğrusu, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə icra başçısına prezidentin sərəncamı ilə töhmət elan edilib.

Bəli, “lazım olan anda lazım olan yerdə olma(ma)q” buna deyirlər: təşəbbüs yaxşıdır, ancaq xüsusi karantin rejimi günlərində buna nə hacət?!

“Qırmızı zona”

Azərbaycanda koronavirusun yayılmağa başlamasından sonra sosial şəbəkələrdə Şəki şəhərində yoluxmaların çox yüksək olması barədə məlumatlar paylaşılırdı. Eyni zamanda, bu regionun “qırmızı zona” olduğu bildirilmişdi.

Səhiyyə nazirinin müavini Viktor Qasımov bu günlərdə deyib ki, artıq Azərbaycanda elə bir region var ki, xəstəlikdən tamamilə azad olub: "Amma sabah həmin regionlarda yeni yoluxma baş verə bilər. Bu gün regionların adlarını tam sadalamaq düzgün deyil. Sadəcə, hazırda müəyyən ərazilər var ki, koronavirusdan qurtulub. Məsələn, Şəkidə hazırda koronavirusa yoluxma yoxdur. Ölkənin 12 rayonunda xəstəlik vardı, indi xəstələr sağalıblar və epidemik ocaq ləğv olunub".

Görünür, mehriban və gülərüz şəkililər xəstəlik başlayanda onu zarafat kimi qəbul ediblər, lətifə-filan qoşublar, nəticə də yaxşı olmayıb. Amma hər halda, “panikavirus” koronavirusdan az təhlükəli deyildi. Boşuna yaradılmış həyəcanın immun sistemində yaratdığı “çuxurlara” koronavirus asanlıqla dola bilər...

Bax, budur panikavirus!

Ötən həftə Bakı 1 Saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan xəstələrdən biri xəstəxananın pəncərəsinə çıxaraq, özünü oradan aşağı atacağını deyib. Tibbi heyət və polis işçisi onu fikrindən yayındıraraq, bədbəxt hadisənin qarşısını alıblar.

“Həmin şəxs hərarət və nəfəs daralması ilə xəstəxanaya müraciət edib. Aidiyyəti üzrə bir neçə gündür ki, müvafiq şöbədə müalicə alır. Mövcud vəziyyətlə bağlı ailə üzvləri ilə görüşə bilmir. Bu səbəbdən belə bir addım ataraq, diqqət çəkməyə çalışıb. Onunla söhbət aparılıb, vəziyyət izah olunub. Artıq hər şey qaydasındadır, heç bir problem yoxdur”,- deyə açıqlamada bildirilib.

Bax, buna görə deyirdilər ki, evdə qalmaq lazımdır. Hər halda, evdə qalmaq hansısa xəstəxananın palatasında qalmaqdan daha yaxşıdır, deyilmi?!

 Namiq Nəbiyev - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda daha bir həkim COVID-19-a yoluxdu: "Həyat yoldaşımla eyni palatada qalırıq"

Postneft dövrü başlayıbmı?

Ötən həftənin əsas hadisələrindən biri də neftin qiymətinin dibə vurması idi. Bu baxımdan bu resursun qiyməti tarixi antirekordunu yaşadı. Doğrudur, sosial şəbəkələrdə neftin qiymətinin mənfiyə düşməsi barədə rezonans bir qədər səhih informasiya deyildi, ancaq hər halda, birjalar görmədiyi qiymətləri gördü.

Bir qədər sonra aydın olacaqdı ki, bu, əslində neft fyuçerslərinin qiymətidir. Amma Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri 5,55% azalaraq 23,64 dollar təşkil edib. Bu günlərdə dünya bazarlarında qazın qiymətinin düşməsi də müşahidə edildi. Bu axına ən maraqlı şərhi “Sputnik Azərbaycan” bir başlıqla vermişdi: “Deyəsən, oduna keçiblər”.

Afaq-şou

Ötən günlərdə rayondan gəlib, Bakıda yaşayanlarla bağlı qalmaqallı açıqlamasından sonra sevilən Xalq artisti Afaq Bəşirqızı bu dəfə də aparıcı Elgizin verilişinə etdiyi zəngdə işlətdiyi ifadələrlə gündəmə gəldi. Bir sözlə, bu aralar "Afaq nə gülür, nə də güldürür". Amma şou davam edir...

Xəbər lenti
0