Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Karantin gündəmi: Afaq Bəşirqızının səhvi və qiyamətə qalmayan qisas

© AP Photo / Ng Han GuanБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanlar dünyanın hər yerində belədir: amansız, qəddar, etibarsız və təhlükəli. Bu gün Afaq Bəşirqızını linç edənlər, bir neçə ay əvvəl onu qəhrəman elan etmişdilər 

BAKI, 14 aprel — Sputnik. Əsas qayğımız dəyişməsə də, ara-sıra gündəmi dəyişmək üçün uğursuz cəhdlər müşahidə olunur. Əslində bu çətin günlərdə, insanların əsəblərinin gərgin olduğu dönəmdə qıcıq yaratmaq çox asandır. Karantin səbəbi ilə evə qapanmış işsiz-gücsüz, məşğuliyyətsiz insanlar sosial şəbəkələrdə hədəf axtarışındadırlar.

Здание Центра ASAN Kommunal номер 1 - Sputnik Azərbaycan
Xüsusi karantin rejimindəki əhaliyə daha bir şad xəbər

Qırmızı xətti keçən istənilən şəxsi bir anda linç edə biləcək minlərlə yuxusuz və əsəbi vətəndaşımız fürsət gözləyir. Bu boyda boşluğu, bekarlığı necə kompensasiya etməlidirlər ki? İnsanları, xüsusilə günün böyük hissəsini sosial şəbəkələrdə keçirənləri qınamaq fikrindən uzağam. Dünyanın durumu sabit deyil...

Kütləvi qınağın, sosial şəbəkələrdə linç olunmağın nə demək olduğunu yaxşı bildiyim üçün, bu tip gündəm yaradan insanların “texnologiyasını” da anlamaqda çətinlik çəkmirəm.

Ölkəmizdə sosial şəbəkələrdə, xüsusilə "Facebook"da bir neçə mövzu var ki, nə zaman açılsa, gündəm dəyişir, kütləvi müzakirələrə, bu barədə neqativ fikir bildirən tərəfin linç olunmasına səbəb olur.

Bu mövzulardan bəziləri hər zaman təzədir, aktualdır. Əgər bu gün kiminsə yadına düşüb, bu mövzularda nə isə fikir səsləndirsə, sosial şəbəkələrin gündəmi yenidən dəyişəcək.

Məsələn, ədəbiyyatla maraqlananlar bilirlər ki, əgər gənclərdən kimsə çaşıb klassikləri tənqid etsə, sosial şəbəkələrin gündəmi dəyişir. Bunun dəfələrlə şahidi olmuşuq ki, Səməd Vurğunu, Mikayıl Müşfiqi, Xəlil Rza Ulutürkü tənqid edən gənclər amansız və qəddarcasına hücuma məruz qalıb, söyülüb, təhqir edilib, aşağılanıb.

Tarixi qəhrəmanların təftişi təhlükəlidir. Koroğlu, Qaçaq Nəbi, Həcər və s. tarixi şəxslər haqqında istənilən müzakirə gündəmi dəyişə bilir.

Evli qadınların (kişilərin) sevgilisinə qoşulub qaçması, sevgi cinayətləri, kişilərin şortik geyinməsi, kəndli-şəhərli müzakirəsi zaman-zaman gündəm yaradan mövzulardır.

Сотрудник открывает дверь комнаты в отеле - Sputnik Azərbaycan
CƏMİYYƏT
Silinməyən ləkə - Otellərin karantin üçün istifadə edilməsi nə dərəcədə düzgündür

Karantin günlərinin də spesifik gündəm mövzuları var: SMS-lə evdən çıxmaq, 190 manatlıq sosial yardım, COVİD-19 pandemiyasının Amerikanın və digər supergüclərin “oyunu” olması, apteklərdə maska və əlcək qıtlığı, ehtiyacı olan insanlara yardım edən məşhurların özünü reklam etməsi və s.

İzlədiyim qədər bu mövzuların müzakirəsində heç bir ciddi nəticə əldə olunmur və təəssüf ki, hamı bu mövzularda nələrsə yazmağa, daha ironik, satirik, müdrik fikir bildirməyə çalışır.

“Karantin mövzuları” müzakirə olunarkən Xalq artisti Afaq Bəşirqızının rayon, kənd insanını aşağılaması yenidən “kəndli-şəhərli” müzakirəsini qızışdırdı. Bir neçə ay bundan əvvəl ölkə prezidenti ilə görüşdə həmkarlarının qayğılarını dilə gətirdiyi üçün gündəmə gələn, cəsarətli və qəhrəman elan olunan Afaq Bəşirqızı bir neçə günün içərisində səsləndirdiyi yanlış fikirlərə görə “xalq düşməni” elan edildi.

Bu münasibət məni qətiyyən təəccübləndirmədi. İnsanlar  dünyanın hər yerində belədir: amansız, qəddar, etibarsız və təhlükəli...

Afaq Bəşirqızı ortabab aktrisalarımızdan biridir. Bir tamaşaçı kimi heç zaman sevdiyim, bəyəndiyim aktrisa olmayıb. Bu tamamilə başqa mövzu olduğu üçün ətraflı şərh vermirəm, sənəti haqqında fikirlərimi məqamı gələndə yazmağı düşünürəm. Onun ölkə prezidenti ilə görüşündəki fikirləri də, sonradan “Azdrama”nın direktoru Azərpaşa Nemətova sərt iradlar bildirməsi də məni riqqətə gətirməmişdi. Yəni küyə gedib ortabab aktrisadan qəhrəman obrazı yaratmamışdım, Afaq Bəşirqızına qarşı münasibətim dəyişməmişdi. Kütlə isə onun “qəhrəmanlığından” vəcdə gəlmişdi. Və bu gün onu linç edənlərin çoxu məhz həmin adamlardır – dünən onu qəhrəman hesab edənlər...

Düşünürəm ki, bir neçə aydan sonra Xalq artistimiz fərqli, onları coşduran bir hərəkət etsə, qane edən açıqlama versə, yenidən insanların qəhrəmanı olacaq. Bu ictimai fikrin, xüsusilə sosial şəbəkələrdə yaranan gündəmin sabun köpüyündən fərqli olmadığını göstərir.

Ağstafada vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin evə qovur, ev sahibi küçəyə - minlərlə ailə çətin durumda

Şəxsən mənə görə Afaq Bəşiqızı nə o zaman qəhrəman idi, nə də indi düşməndir. Rayonda doğulmağımla, kənd uşağı olmağımla bağlı qətiyyən kompleksim olmadığına görə bu müzakirələrin mənasız və əhəmiyyətsiz olduğunu düşünürəm. Dolayısıyla başım kitablara, filmlərə qarışdığı üçün gündəm məni cəlb etmir, diqqətimi çəkmir. Bu cür müzakirələri vaxt itkisi hesab edirəm. Dəyərli oxucularımı da əsəblərini qorumaq üçün gündəmdən uzaq olmağa çağırıram. Əmin olun ki, bu müzakirələrdən daha önəmli, daha ciddi məşğuliyyətlər var.

Öncə fərd olmağı, fərdi düşüncəmizi formalaşdırmağı bacarmalıyıq. Gündəmə uyğun düşünmək, gündəmi müzakirə etmək vaxt itkisidir. Çünki gündəm oynaqdır, dəyişkəndir, aldadıcıdır. Bu günləri fürsət bilib gündəmə gəlmək istəyənlər də sabun köpüyü kimi uçub gedəcək. Yerində oxuduqlarımız, izlədiklərimiz, öyrəndiklərimiz qalacaq. Ona görə də hər fürsəti dəyərləndirib özümüzü inkişaf etdirməyə, özümüz olmağa çalışmalıyıq.

Mərhəmətli, qayğıkeş, diqqətli olaq. Amma bunu insanlara xoş gəlmək üçün yox, daxili tələbatımız və şəxsi imkanlarımız çərçivəsində edək. Fikir səsləndirərkən, düşüncələrimizi daxili senzuramızın süzgəcindən keçirək, insanların qürurunu incitməyək.

Məndən bu qədər...

İnanıram ki, siz hər şeyin doğrusunu bilirsiniz...

Xəbər lenti
0